Konstitusiya Məhkəməsinin 77 yaşlı hakimi təqaüdə göndərildi

Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə yola salınıb.
Qeyd edək ki, 77 yaşlı Rafael Qvaladze 1998-ci ildən Konstitusiya Məhkəməsinin hakimi idi. Prezident İlham Əliyev bu gün onu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Xatırladaq ki, Milli Məclisin aprelin 11-nə təyin olunan iclasının gündəliyinə keçmiş hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı məsələ daxil edilib.
OXŞAR XƏBƏRLƏR