Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tanınmış qurumun "TikTok"u oğurlandı, 500 manat istəyirlər

Tanınmış qurumun "TikTok"u oğurlandı, 500 manat istəyirlər

Tanınmış qurumun
2025-04-10 , 14:35

Dünən axşam saatlarında "Azərbaycan Uşaqları" İctimai Birliyinin rəsmi "TikTok" hesabı müəyyən şəxslər tərəfindən oğurlanıb.

Yenilik.az xəbər verir ki, hesabın ələ keçirilməsindən bir neçə saat sonra bir naməlum şəxs tərəfindən sığınacağın qaynar xətt nömrəsinə məktub daxil olub. Məktubda "Səhifə məndədir, 500 manat göndər, sənə geri qaytarım" kimi bir təklif irəli sürülüb.
Ödənişin həyata keçirilməsi üçün kart hesabı soruşulduqda Mehmet Kaya adlı şəxsə məxsus kart hesabı təqdim edilib.
Məsələ ilə bağlı DİN araşdırmaya başlayıb.
Milli.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.