Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əvəz Zeynallı bu tarixdə azadlığa buraxıla bilər

Əvəz Zeynallı bu tarixdə azadlığa buraxıla bilər

Əvəz Zeynallı bu tarixdə azadlığa buraxıla bilər
2025-04-17 , 15:27

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı müraciətə gələn həftə baxılacaq.

Tribunainfo.az xəbər verir ki, vəsatətə Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə aprelin 24-də baxılacaq.
Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.
Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağlr Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.
APA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.