Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Bakıxanov Mall” uşaqlara cavabdeh deyil – Qəribə müqavilə

“Bakıxanov Mall” uşaqlara cavabdeh deyil – Qəribə müqavilə

“Bakıxanov Mall” uşaqlara cavabdeh deyil – Qəribə müqavilə
2025-05-08 , 15:48

“Bakıxanov Mall” ticarət mərkəzinin əyləncə mərkəzində müştəri hüquqları pozulur.

Tribunainfo.az-ın xəbərinə görə, əyləncə mərkəzinin “batut” yerində oynamaq istəyən uşağın valideyni müqaviləyə qol çəkməyə məcbur edilir. Müqavilə isə tam əsassız hazırlanıb və orada deyilir ki, oyun yerində uşağın təhlükəsizliyinə cavabdehlik daşınmır, ailəsi məsuliyyət daşıyır. Halbuki oyun zalı qapalıdır, orda uşaq hər hansı xəsarət alsa, valideynin ona əli çatmayacaq. Amma ticarət mərkəzi qanunsuz, əsassız bir müqavilə tərtib edib və hazırlayan hüquqşünas da “çoxbilmiş”lik edib, sahibkarın tərəfini saxlayıb. Heç bir yerdə belə müqavilə olmur. Çünki uşaqların təhlükəsizliyinə mərkəz cavabdeh olmalıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.