Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Rusiyada istintaq hələ davam edir” – Ceyhun Bayramov

“Rusiyada istintaq hələ davam edir” – Ceyhun Bayramov

“Rusiyada istintaq hələ davam edir” – Ceyhun Bayramov
2025-05-10 , 17:42

“Ötən ilin dekabrında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Embraer 190” təyyarəsinin Rusiyanın hava məkanında kənar təsirlərə məruz qalması ilə bağlı Rusiyada istintaq tədbirləri davam edir”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, AZAL-ın “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaq tədbirləri hər zaman Azərbaycanın prioritetində və gündəmindədir:
“Biz Rusiya tərəfi ilə bütün təmaslar zamanı bu məsələni qaldırırıq. Qarşı tərəfin verdiyi izahat ondan ibarətdir ki, hələ istintaq davam edir. İstintaq tədbirləri başa çatandan sonra daha detallı məlumatlar təqdim edəcəyik. Həmin istintaqın ən qısa zamanda başa çatmasını gözləyirik”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.