Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » SSRİ bayrağı altında çıxış edən Saleh Səmədov vəzifəsindən azad edildi – Video

SSRİ bayrağı altında çıxış edən Saleh Səmədov vəzifəsindən azad edildi – Video

SSRİ bayrağı altında çıxış edən Saleh Səmədov vəzifəsindən azad edildi – Video
2025-05-14 , 16:07

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçilib.

Tribunainfo.az xəbər verir ki, xəbər verir ki, bu barədə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin məlumatında bildirilib.
Qeyd edilib ki, iclasda informasiya resurslarında yayılmış, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun 2025-ci il mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi ilə əlaqədar məsələyə baxılıb.
“İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib. Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib”, – məlumatda deyilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.