Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Bakı Metropoliteni”ndə xidmət rəisi öz istəyi ilə işdən çıxdı

“Bakı Metropoliteni”ndə xidmət rəisi öz istəyi ilə işdən çıxdı

“Bakı Metropoliteni”ndə xidmət rəisi öz istəyi ilə işdən çıxdı
2025-05-19 , 17:04

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) xidmət rəisi vəzifəsindən azad edilib.

Yenilik.az  “Qaynarinfo”ya istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov işdən çıxmaq üçün ərizə ilə müraciət edib.
QSC sədri Vüsal Aslanov Elçin Məmmədovu öz xahişi ilə vəzifəsindən azad edib.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin Aparat rəhbəri Tərlan Dadaşov da işdən çıxmaq üçün QSC sədri Vüsal Aslanova ərizə ilə müraciət edib. O, hələlik məzuniyyətə göndərilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.