Parlamentin səsini eşitmədiyimiz deputatları – SİYAHI
Milli Məclisin 2025-ci il yaz sessiyasının başa çatmasına sayılı günlər qalıb. Belə ki, mayın 31-də artıq parlamentin yaz sessiyası öz işini tamamlayır. Bu sessiya dövründə parlamentin 12 iclası keçirilib. Eləcə də bu günə qədər ümumilikdə 51 komitə iclası olub və 142 məsələ müzakirə edilib. Ötən müddət ərzində bir sıra deputatlar gündəliyə çıxarılan məsələlərin müzakirəsində olduqca aktiv olub və öz təklif və iradlarını səsləndiriblər. Bununla yanaşı, sessiya dövründə səsini eşitmədiyimiz deputatlar da olub.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru və parlament müxbiri Əli Zülfüqarlı bildirib ki, indiyə kimi Milli Məclisdə müzakirə olunan qanun layihələri ilə bağlı Kəlbəcərin deputatı Mircəlil Qasımlı nə şərh, nə də təklif verib. “Parlamentin iclaslarında danışmayan deputatlara Bədəl Bədəlov, Sabir Hacıyev, Şahin Seyidzadə, Elnarə Akimova, Mixail Zabelin, Sevil Mikayılovanı da misal göstərmək olar”,- jurnalist deyib.
“Olaylar.az”ın parlament müxbiri Alim Hüseynli də konkret adlar çəkib: “Mən müşahidələrim əsasında danışmayan deputalara Xanlar Fətiyev, Vasif Qafarov, Göydəniz Qəhrəmanov, Mircəlil Qasımlı, Bədəl Bədəlov, Sevil Mikayılova və Səbinə Salmanovanı nümunə göstərə bilərəm”.
“Ədalət” qəzetini parlamentdə təmsil edən jurnalist Nicat Novruzlu da Xanlar Fətiyev, Vasif Qafarov, Göydəniz Qəhrəmanov, Mircəlil Qasımlı, Bədəl Bədəlovun demək olar ki, bir kəlmə də danışmadıqlarını deyib.
“Real” TV-nin parlament müxbiri Namidə Bingöl uzun illərdir Milli Məclisdən reportajlar hazırlayan jurnalist kimi fəaliyyət göstərdiyini, parlamentarilərin heç də hamısının iclaslarda çıxış etmədiyini deyib:
“Bir çox deputatlar komitə iclaslarında fəallıq nümayiş etdirir. Hesab edirəm ki, mütləq şəkildə deputatların sessiya zamanı çıxış etməsi vacib deyil. Bəzi deputatlar yazılı formada müraciətlərini edir. Bu müraciətlər çox zaman təmsil olunduqları dairələri əhatə edir. Bəzi deputatlar parlament tribunasından danışmağa, bəziləri seçicilərlə işləməyə, digərləri isə xaricdə ölkəmizi təmsil etməyə üstünlük verir”.
“Ölkə.az”ın əməkdaşı Mürtəza Bünyadlı söyləyib ki, nəinki danışmayan, hətta VII çağırış parlament dövründə bir-iki iclasa qatılan deputalar var:
“Passiv deputatlar o qədər çoxdur ki, hamısının adını çəkmək çox uzun çəkər. Elə deputat var ki, nəinki səsi çıxmayıb, hətta ümumiyyətlə VII çağırış dövründə cəmi bir neçə dəfə parlamentin iclasına qatılıb. Amma həm parlamentin işində aktiv iştirak edən, seçiciləri ilə sıx işləyən deputatlar da yetərincədir. Onlar həm qanunvericilik sahəsində, həm ölkədəki ictimai-siyasi proseslərdə çevik reaksiya verirlər, həm də seçiciləri ilə aktiv şəkildə işləyirlər”.
“Sfera.az”ın parlament müxbiri Firuzə Əliyeva Milli Məclisin 2025-ci ilin yaz sessiyasının maraqlı çıxış və layihələrlə yadda qaldığını deyib:
“Müzakirələrdəki ən fəal millət vəkilləri onsuz da hamıya məlumdur. Demək olar ki, hər iclasada çıxış edən deputatlara Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Cavanşir Feyziyev, Ülvi Quliyev, Razi Nurullayev, Zahid Oruc, Fazil Mustafa, Ceyhun Məmmədov, Sivayuş Novruzov, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Elçin Mirzəbəyli, Sahib Alıyev və Əli Hüseynlini misal çəkə bilərik. Əhali arasında da bu barədə sorğu keçirsək, vətəndaşlar ən çox qeyd etdiyim millət vəkillərinin adlarını xatırlayar. Təbii ki, az da olsa, çıxış edənlər, təkliflər verənlər var. Digər tərəfdən, adları unudulanlar isə deməli kifayət qədər fəal olmayıb”.
“Sabahinfo.az“ saytının parlament müxbiri Ədil Ədilzadə isə bunları deyib:
“Danışmayan deputatlardan biri də Heydər Əsədovdur. O Şirvan şəhərindən seçilsə də, bir dəfə də bu şəhərlə bağlı hər hansı məsələni gündəmə gətirdiyini görmədik.
Eyni zamanda 123 saylı dairədən Vll çağırış Milli Məclisə deputat seçilmiş Mircəlil Qasımlı da səssiz deputatlardandır. Bu deputat ancaq şəkil çəkdirməklə məşğuldur. Aktivlik görünmür.
10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatı Elşad Musayev nə iş görür bilən yoxdur. Nə seçicilərlə görüşünü görürük, nə də bir çıxış edir. Bu siyahıya Rasim Musabəyov, Asim Mollazadənin də adlarını əlavə etmək olar”.
“Anews.az” saytının əməkdaşı Gülnar Nazimqızının sorğumuza cavabı belə olub: “Zahid Oruc, Razi Nurullayev, Fazil Mustafa, Vüqar Bayramov, Naqif Həmzəyev və Aydın Hüseynov hər zaman cavab verən deputatlardandır. Aydın Mirzəzadə telefonları hər zaman açan deputatlardandır. Rasim Musabəyov hər dəfə zəng edəndə deyir ki, “mən yaşlı adamam, hər zəng edən sənin kimi jurnalistə vaxt ayırsam, necə olar?” və ya deyib ki, “rəhbərin zəng eləsin, nə sualı var, o versin”.
Deputat Kamal Cəfərova bir dəfə yaxınlaşdım. Dedi ki, nə lazımdırsa öz “Facebook”unda yazır. Əslində mətbuata açıq deputatların sayı çox azdır və digərləri əlçatan deyil. Hesab edirəm ki, jurnalistin əlaqə qura bilmədiyi deputatla vətəndaş çətin əlaqə qursun…”
Təəssüf ki, bəzi parlament jurnalistləri sorğumuzda iştirak etmək istəmədilər.
Sonda Modern.az-ın əməkdaşı olaraq mövzu ilə əlaqədar öz fikirlərimi də bildirmək istəyirəm. Milli Məclisin elə deputatları var ki onların parlamentdə çıxışlarına nadirən də rast gəlmək möcüzə sayıla bilər. Bədəl Bədəlov və Mircəlil Qasımlı belə deputatlardandır.
OXŞAR XƏBƏRLƏR

Prezidentin rəsmi qarşılanma mərasimindən – Fotolar
Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
Prezident “Gülüstan” sarayında iclasda iştirak etdi – Fotolar – Yenilənib
Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında – FOTOLAR
Yoqa, gilas, Qaçaq Nəbi... - Nə ilə yadda qalıblar?
149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55