Boşanmaq istəyən neçə nəfər barışıb?

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49 508 nikaha daxilolma və 21 384 boşanma halı qeydə alınıb.
2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
2024-cü ildə Naxçıvan Muxtar Respublikasında nikahların ümumi sayı 2247, boşanmaların sayı isə 969 olub.
2024-cü il ərzində mediasiya təşkilatlarına ümumilikdə 47 212 müraciət daxil olub. Daxil olan müraciətlərdən 43 761-i ailə mübahisələri, 2 427-i əmək mübahisələri, 64-i kommersiya mübahisələri, 377 müraciət isə mülki mübahisələr üzrədir.
2024-cü il ərzində ümumilikdə 7 554 barışıq sazişi imzalanıb ki, bu da 47% uğurlu nəticə deməkdir. Barışıqlardan 6 963-ü ailə mübahisələri üzrə daxil olmuş müraciətlərdən əldə edilib.
OXŞAR XƏBƏRLƏR