Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur

Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur

Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur
2025-05-21 , 22:19

Eldar Qəribovun bankı “Unibank” ASC Mərkəzi Bankın tələblərinə məhəl qoymur.


Yenilik.az Valyuta.az-a istinadən xəbər verir ki, Mərkəzi Bank sözügedən bankın “Banklarda korporativ idarəetmə Standartları”nın 8.2.5-ci yarımbəndini pozduğunu açıqlayıb.

Yəni, bank aparılmış daxili audit yoxlamaları barədə hesabatı vaxtında Mərkəzi Banka təqdim etməyib, habelə Mərkəzi Bankın sorğusu ilə fərdi daxili audit yoxlaması barədə məlumatları təqdim etməyib.

AMB bununla bağlı olaraq “Unibank”a qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.

Qeyd edək ki, “Unibank”ın səhmlərinin 94,8%-i Eldar Qəribova, 5,92%-i isə digər səhmdara məxsusdur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.