Tahir Kərimli: “Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram”

“Qadınların avtobus sürücülyünə cəlb edilməsinə çox yaxşı baxıram. Bir sıra xarici dövlətlərdə həmişə görürdüm, qadınların səliqəli sürücülük etmələrini çox xoş qarşılamışdım. Hesab edirəm, bu, Bakıda, ümumilkdə, Azərbaycanda sürücülük mədəniyyətinin yüksəlməsinə də kömək edəcək. Əlbəttə, çətinliklər var, amma ödəsindən gəlinər. Narahat olmağa dəyməz ki, avtobuslar xarab olanda onu kim təmir edəcək? Çünki artıq səyyar avtomobil təmiri xidmətləri var. Çağıranda dərhal gəlirlər. Sürücünün müdaxiləsi olmadan təmir edirlər, sürücü də yoluna davam edir”.
“Avtobuslarda qeyri-etik halların olmasına gəlincə, indiki müasir avtobuslarda kameralar quraşdırılıb. Ciddi nəzarət var. Belə hallar baş verdikdə dərhal sərnişinlər məsuliyyətə cəlb oluna bilərlər. Bir sözlə, qadınların avtobus sürücüsü kimi çalışmalarını hətta alqışlayıram”, – o bildirib.
Qeyd: “Bakubus” MMC-nin qadınların sürücülüyə cəlb olunması ilə bağlı elan verib. Müvafiq vəzifə üzrə əməkhaqqı 1460 AZN məbləğində müəyyən olunub.
OXŞAR XƏBƏRLƏR