“Expressbank”ın sədrinin xalası oğlu həbs edilib – filial müdiri dindirildi
Xəbər verdiyimiz kimi, “Expressbank” ASC-nin Müşahidə Şurasının sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib.
Yenilik.az Musavat.com xəbər verir ki, 1974-cü il təvəllüdlü Şəmsi adlı şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinərək həbs edilib.
Şəmsi özünü hüquq-mühafizə və məhkəmə strukturlarında geniş tanışlıq əlaqələrinə malik olan şəxs kimi təqdim edərək Tamirlan Həsənova qarşı 210 min manatlıq dələduzluq edib.
Razılığa əsasən, təqsirləndirilən Şəmsi adlı şəxs Tamirlan Həsənovun qardaşı ilə arasında olan mülk davasını onun xeyrinə həll edəcəkmiş. Şəmsi məhkəmədə, prokurorluqda Tamirlan Həsənovun xeyrinə qərarlar çıxartdıracağını vəd edərək ondan 210 min manat pul alıb.
Şəmsi bu iş üçün lazım olan pulu Tamirlan Həsənovdan tələb edən zaman sonuncunun evini bankda girov qoyublar.
Təqsirləndirilən Şəmsi bu işi asanlaşdırmaq üçün “Expressbank” ASC-nin Müşahidə Şurasının sədri olan xalası oğlu Əhəd Əliyevə müraciət edib. 2022-ci ildə Əhəd Əliyevin göstərişi ilə bankın “Əhmədli” filialından Tamirlan Həsənova mənzilini girov qoymaq şərti ilə 178 min manat kredit ayrılıb.
Tamirlan Həsənovun mənzili başqa bankda kreditdə olduğu halda bir neçə gün ərzində sənədləşmə işləri tamamlanıb və qeyd edilən məbləğ ayrılıb.
Zərərçəkmiş Tamirlan Həsənov bankın sədri olan Əhəd Əliyevin göstərişi ilə ayrılan krediti də Şəmsiyə verib. Şəmsi aldığı pulları da ələ keçirib.
Bununla da Tamirlan Həsənova 210 min manat zərər vurub.
İş üzrə bankın “Əhmədli” filialının müdiri Qüdrət adlı şəxs də dindirilib. Onun dindirilmə səbəbi zərərçəkmiş Tamirlana kreditin ayrılması ilə bağlı olub.
Belə ki, Tamirlan kreditin bankın idarə heyətinin sədri Əhəd Əliyevin göstərişi ilə ayrıldığını deyib. Bildirib ki, təqsirləndirilən Şəmsi Əhəd Əliyevin xalası oğlu olduğu üçün onlara bank tərəfindən köməklik edilib. Zərərçəkmiş əlavə edib ki, Əhəd Əliyevin tapşırığı ilə “Əhmədli” filialının müdiri Qüdrətin yanına gedib. Qüdrət də onları qarşılayan zaman Əhəd Əliyevin ona zəng etdiyini təsdiqləyib.
Lakin filial müdiri Qüdrət məhkəmədə bu hissəni təkzib edib. Bildirib ki, Tamirlan adlı müştəriyə kredit tapşırıqla deyil, müraciət əsasında ayrılıb.
Filial müdiri əlavə edib ki, Tamirlan kredit götürən zaman övladlarının müalicəsinə lazım olduğunu deyibmiş. Amma kreditə götürülən pulun sonradan Şəmsi adlı şəxsə verildiyini bilmədiyini söyləyib.
Əhəd Əliyevlə həbs edilən Şəmsinin qohumluğu haqda da danışan filial müdiri bildirib ki, bu barədə məlumatsızdır. Onun sözlərinə görə, kreditin ayrılması üçün Əhəd Əliyev ona heç bir göstəriş verməyib.
Təqsirləndirilən Şəmsi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əhəd Əliyev 2019-cu ildən bankın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Bundan əvvəl isə “Azenco Group” MMC-nin Müşahidə Şurasının sədri olub.
Əhəd Əliyev bir müddət əvvəl “Expressbank”dakı vəzifəsindən ayrılıb. Onu Mehman Məmmədov əvəz edib.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
Türkiyəli “biznesmen” azərbaycanlı iş adamlarına 613 min manat “atdı”
Bu gün məşhur həkimlər məhkəmədə dindiriləcəklər
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55