Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qanunsuz ağackəsmə ilə bağlı cinayət işləri başlanıldı

Qanunsuz ağackəsmə ilə bağlı cinayət işləri başlanıldı

Qanunsuz ağackəsmə ilə bağlı cinayət işləri başlanıldı
2025-05-29 , 22:55

Azərbaycanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə Tribunainfo.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırmalar zamanı Quba rayonu Zərqava və Utuq kəndlərində, İmişli rayonu Qulubəyli kəndində, Göyçay rayonu Qarayazı kəndində və Laçın rayonu Mollalar kəndində meşə fonduna daxil olmayan 1524 ədəd ağac və kolun qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 136 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 259.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.