“Qaçqınkom” 533 ailəni 483 min manata köçürəcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) yeni tenderinin nəticəsini açıqlayıb.
Rəsmi qaynaqlarda qeyd edilir ki, “Qaçqınkom” Zəngilan Ağalı kəndinə 103, Cahangirbəyli kəndinə 242, Məmmədbəyli kəndinə 188 ailənin köçürülməsi prosesini “AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” MMC ilə reallaşdıracaq. Bunun üçün isə 483 min 800 manatlıq müqavilə bağlanıb.
Qeyd edək ki, tenderə əsasən qurum bir ailəninin köçürülməsi 907 manat 69 qəpikə başa gələcək.
OXŞAR XƏBƏRLƏR