Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Parkinq 5 manat oldu

Parkinq 5 manat oldu

Parkinq 5 manat oldu
2025-06-02 , 15:36

İçərişəhərin nadir tarixi simasını qorumaq, burada yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq məqsədilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklər tətbiqinə başlanılıb.

Bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, yeni tənzimləməyə əsasən Qoruq ərazisində rahat hərəkətin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrinin eyni anda olma sayı 300 avtomobil ilə məhdudlaşdırılıb.
Ərazidə maşın sayı müəyyənləşdirilmiş limiti keçmədiyi halda qeyri rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 AZN, bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN. Ödənişlər yalnız nəğdsiz qaydada (azparking, post terminal və s.) mümkündür.
Bu addımlar İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısındakı statusuna uyğun olaraq tarixi və memarlıq irsini qorumağa, eyni zamanda müasir şəhər idarəçiliyinə uyğun piyada yönümlü məkan yaratmağa xidmət edir.
Zərurət olmadıqda şəxsi nəqliyyat vasitələri ilə Qoruq ərazisinə daxil olunmaması xahiş olunur. Anlayış və dəstəyiniz üçün təşəkkür edirik.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.