Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Zeytun” dərman vasitəsini satış qiymətindən baha satıb

“Zeytun” dərman vasitəsini satış qiymətindən baha satıb

“Zeytun” dərman vasitəsini satış qiymətindən baha satıb
2025-06-02 , 15:50

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsinə əsasən “Zeytun Pharmaceuticals” MMC-yə dərman vasitəsi Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılması ilə bağlı protokolu tərtib edilib.

Bu barədə Tribunainfo.az -a Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, “Zeytun Pharmaceuticals” İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsini pozub.
Xatırladaq ki, qanunvericiliyə əsasən həmin pozuntuya görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.