Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tiktoker "Roşka"nın həbs müddəti uzadıldı

Tiktoker "Roşka"nın həbs müddəti uzadıldı

Tiktoker
2025-06-04 , 15:25

Nəsimi Rayon Məhkəməsində narkotik vasitələrin qanunsuz saxlanmasında təqsirləndirilən tiktoker, "Roşka" ləqəbli Rövşən Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Oxu.Az-ın məlumatına görə, hakim Günay Abdinovanın sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib və R.Süleymanovun həbs müddəti 2 ay uzadılıb.
Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.