Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » AzTV-də yoxlamalar başladı

AzTV-də yoxlamalar başladı

AzTV-də yoxlamalar başladı
2025-06-04 , 16:01

Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-də (AzTV) yoxlamalar başlayıb. 

Yenilik.az Konkret.az-a istinadən xəbər verir ki, artıq televiziyanın maliyyə və kadrlar şöbələrində bütün sənədlər araşdırılır.
Bununla bağlı AzTV-nin mətbuat xidmətinə və televiziyanın elektron poçt ünvanına sorğu ünlanladıq və yoxlamaların hansı qurum tərəfindən aparıldığını öyrənməyə çalışdıq.
Ancaq dəfələrlə zəng etməyimizə baxmayaraq nə telefonlara, nə də yazılı sorğumuza cavab verən oldu.
Ancaq əldə etdiyimiz məlumata görə, yoxlamalar Hesablama Palatası, yaxud Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
 
P.S. Qeyd edək ki, bundan əvvəl də televiziyada ciddi yoxlamalar aparılıb. Müəyyən edilən mühüm nöqsanlara baxmayaraq, AzTV rəhbərliyi haqqında heç bir ölçü götürülməyib.
 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.