Tovuzda valideynlər sıraya düzüldü – Daha bir müəllimə “hədiyyə” faktı (VİDEO)

Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası tələb etdiyi söylənilir.
Görüntülərdə bir neçə qadının sıraya düzüldüyü, onlardan birinin müəllimənin barmağına qızıl üzük taxdığı əks olunub.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR