Toğrul Allahverdiyev hekayəsi - TƏFƏRRÜATLAR - Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı
Bir neçə gün öncə jurnalist Toğrul Allahverdiyevlə bağlı yayılmış video sosial mediada müzakirə mövzusuna çevrildi. Həmin vaxt, təbii ki, məsələnin mahiyyətini araşdırmaq, məlum videonun kim tərəfindən çəkildiyi və Tural Sadıqlıya necə ötürüldüyü deyil, daha çox Toğrulun əxlaq məsələləri önə çəkildi.
Əslində bu cür videolar müzakirə mövzusu belə olmamalıdır. Heç bir vəzifəsi olmayan, siyasi status daşımayan bir fərdin şəxsi həyatı niyə müzakirəyə çıxarılmalıdır ki?! Ancaq təəssüf ki, bu gün bəzən adi hadisələr belə kimlərinsə manipulyasiya istəkləri, ara vurmaq, ev yıxmaq niyyətləri üçün bir vasitəyə çevrilir. Mexanizm çox sadədir, kimdənsə xoşun gəlmir, ona yaxın və ya uzaq bir hadisəni mahiyyəti dəyişdirilmiş və başqa istiqamətə yönəldilmiş şəkildə qələmə al, sonra da göndər xaricdə oturan Tural Sadıqlı kimi fürsətçillərə ki, onlar da onu qlobal bir problem səviyyəsində ictimailəşdirsinlər.Üstəlik, ola bilsin sifarişlə, ola bilsin də ki, öz mərəzlərinə uyğun şəkildə kimlərisə vurmaq, haqq-hesab çürütmək üçün istifadə etsinlər.
Toğrul Allahverdiyev kimdir? Vaxtilə Rusiyada iaşə sahəsində çalışmış, 2010-cu ilin ortalarında Azərbaycana gəlmiş və bəzi jurnalistlərin vasitəçiliyi ilə hazırkı deputat Tənzilə Rüstəmxanlı ilə körpü yaratmış birisi. “İnterpress.az” adlı saytda irəliləyiş əldə edə bilməyən Allahverdiyev sonradan Tənzilə xanıma daha da yaxınlaşaraq diaspor fəaliyyətinə qoşulub. Yavaş-yavaş xarici ölkələrə səfərlər, müxtəlif tədbirlərdə iştirak, hər fürsət düşdükdə tanınmış şəxslərlə, məmurlarla foto çəkdirmək, müxtəlif istiqamətlərdən əldə etdiyi vəsait hesabına bahalı maşın, bağ, ev almaq və özünə güzaran qurmaq heç də hər jurnalistə nəsib olan məsələlər deyil. Bunun üçün heç də təqdir olunmayan qabiliyyət, bacarıq lazımdır ki, gözəgörünməz Toğruldan bunu əsirgəməyib. Tənzilə Rüstəmxanlı da onun bu bacarığından lazımınca istifadə edib. Bəlkə buna görədir ki, Toğrul Allahverdiyev uzun müddət Tənzilə Rüstəmxanlının ən yaxın adamı sayılıb. Çünki Milli Məclisə seçkilərdə Toğrul məhz Tənzilə xanımın təbliğat-təşviqat kampaniyasında çox fəal iştirak edib. Eyni zamanda Allahverdiyev onun media işlərini də paralel şəkildə aparıb.İddia edilir ki, bir müddət əvvəl Tənzilə Rüstəmxanlı Toğrul Allahverdiyevi öz “kruq”undan qovub. Əsas intriqa parlament seçkiləri dövründə başlayıb. Toğrul Allahverdiyev “xidmətlərinin layiqincə qiymətləndirilməsi”ni və deputat köməkçisi təyin edilməsini umub. Amma Tənzilə xanım bu posta yaxın qohumunu gətirib. İddialara görə, bundan sonra Toğrul Allahverdiyev Tənzilə Rüstəmxanlı haqqında “kompromatları” müvafiq qurumlara ötürüb. Bundan xəbər tutan Tənzilə Rüstəmxanlı onu yanından qovub, hətta millət vəkilinə yaxınlığı ilə tanınan jurnalistlər belə Toğruldan üz döndəriblər.
Toğrulla bağlı məlum hadisənin cari ilin mart-aprel aylarında ofisdə baş verdiyi iddia edilir. Məsələdən Tənzilə Rüstəmxanlının da xəbəri olub. Deyilənə görə, Toğrul haqqında aidiyyəti orqanlara şikayət də olunub, lakin Tənzilə xanıma yaxın şəxslər problemi həll edə biliblər. Görünür, Toğrulun riyakarlığından sonra deputat xanım onu daha sərt cəzalandırmaq niyyəti ilə məlum videonu müxtəlif kanallarla Tural Sadıqlıya ötürüb ki, o da fürsəti əldən verməyib.
Əslində, müzakirə olunmalı məsələ belə videoların, məlumatların hansı yollarla Tural Sadıqlının, Qənimət Zahidin və digər bu kimi ünsürlərin əlinə düşməsidir. Çünki onlar belə məlumatları elə-belə ictimailəşdirmirlər, bunun arxasında maliyyə məsələləri dayanır. Kim, necə, hansı yollarla xaricdəki antimilli qüvvələrlə əlaqələr qurur, onlara sifariş verir, ölkə daxilində həm belə kiçik, həm də əhəmiyyətli məsələləri ictimailəşdirib gündəmə çevirir? – araşdırılmalı məsələ budur.Avropadakı “qəhrəmanlarına” altdan-altdan məlumat ötürənlər elə düşünürlər ki, ciddi bir mübarizə metodu seçiblər və bu üsulla hər hansı uğur əldə edə bilərlər. Qısamüddətli perspektivdə bu cür yaramaz təxribatlar effekt verə bilər. Lakin məsələnin sonrası da var. Çünki Qərbin bu istiqamətdəki agent şəbəkəsi insanlarda ikrah doğuran iyrənc informasiyaları dövr etdirməklə xüsusi planlarını icra etməyə müvəffəq olurlar. Bu da Azərbaycanın müvafiq orqanlarının diqqətini cəlb etməyə bilməz və gec-tez oyunbazlar ifşa olunaraq lazımi qaydada cəzalandırılırlar.
Ümumiyyətlə, Tənzilə Rüstəmxanlının kadrı sayılan Toğrul Allahverdiyev qalmaqalından kim qazandı, kim itirdi? Sual ritorik də ola bilər, amma cavab konkretdir: heç kim! Toğrul Allahverdiyev və onunla bağlı olaya diqqət ayırmaq sadəcə vaxt itkisidir. Dövlətimiz, cəmiyyətimiz üçün kifayət qədər ciddi məsələlər var ki, onlar barədə düşünməli, müzakirə açmalı, toplum olaraq gördüyümüz və görəcəyimiz işləri saf-çürük etməliyik.
Müşviq Tofiqoğlu,
KONKRET.az
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Tural Sadıqlı da Baş Prokurorluğa çağırıldı
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55