Tanınmış həkimə qarşı qəsdən belə ifadə veribmiş... - “Aramızda problemlər var idi”
Bakıda iki ağacın kəsilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması diqqətçəkən qərarla yekunlaşıb.
İstintaq orqanı tərəfindən verilən ittihamda göstərilib ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsində kəsilən ağaclar Mirzəli Cəfərquliyevin oğlu Tural Cəfərquliyevə məxsus obyektin qarşısında olub. Ağaclar böyüdükcə obyektin reklam görüntüsünə maneə yaradırmış. Məhz bu səbəbdən ata Cəfərquliyev əvvəldən tanıdığı Təbriz Samedova ağacları kəsməyi göstəriş verib. Samedov kömək üçün tapdığı üçüncü şəxslə tapşırığı yerinə yetirib, ağaclar gecə ilə mişarla kəsilib. Bununla da təbiətə 2 min 700 manatlıq ziyan dəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi başlanılıb. Androloq həkim də işi icra edən iki nəfər də prokurorluq tərəfindən istintaqa cəlb edilib.
Hər üç təqsirləndirilən şəxsin sərbəst mühakimə edildiyi bu iş üzrə məhkəmə istintaqında gizli məqamların üstü açılıb. Belə ki, ağacların kəsilməsində iştirak edən Təbriz Samedov məhkəmədə etirafçı olub. O, Mirzəli Cəfərquliyevin ağacların kəsilməsindən xəbəri olmadığını, prokurorluqda ondan belə ifadə verməsini istədiklərini deyib:
“O ağaclar mənim evimin və iş yerimin qarşısında yerləşirdi. Güclü küləklər vaxtı əmlakım üçün təhlükə yaradırdı. Bu səbəbdən evə tərəf əyilən ağacları kəsdim. Bir müddət sonra prokurorluğuna çağırıldım. Mənə dedilər ki, “sənin kəsdiyin ağaclar Mirzəlinin oğlunun obyektinin qarşısında yerləşir, ifadə ver ki, guya ağacları Mirzəlinin sifarişi ilə kəsmisən. Belə olan halda ondan 30 min manat pul alacağıq”. Mənim də Mirzəli ilə aramda əvvəldən problemlər var idi. Bu səbəbdən ziyan vermək üçün bu formada ifadə verdim”.

Mirzəli Cəfərquliyev ilk gündən ittihamları qəbul etməyib. Məhkəmədəki ifadəsində deyib ki, ağacların onun sifarişi ilə kəsildiyini eşidəndə əvvəlcə inanmayıb. Sonradan ifadə vermək üçün prokurorluğa çağırılıb:
“Məndən işin bağlanması üçün 25 min manat istədilər. Dedilər, ya bu məbləği ödəməlisən ya işi məhkəməyə göndəririk. Bir daha dedim ki, ağacların kəsilməsindən xəbərim yoxdur. Mən heç kimə belə sifariş verməmişəm. Hakimlərin daha dərindən araşdıracağına inandığım üçün işin məhkəməyə verilməsini xahiş etdim”.
Məhkəmə istintaqı dövründə toplanmış sübutlar, həmçinin təqsirləndirilən şəxslərin ilkin istintaqdakından fərqli ifadələri mənzərəni dəyişib.

Son iclasda prokuror çıxış edərək ittihamdan imtina etdiyini bəyan edib. Qeyd olunub ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi olmadığı sübut edilsə də, inzibati qaydada məsuliyyətə cəlb edilmələri üçün araşdırma aparılmalıdır.
Hakim Hüseyn Hüseynli prokurorun ittihamdan imtinasını qəbul edib. Qərara əsasən Mirzəli Cəfərquliyev və digər iki təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.
Şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün materialların Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə göndərilməsi ilə bağlı təklifi isə hakim rədd edib.
Qərarda qeyd olunub ki, şəxslərin inzibati məsuliyyətə cəlb edilmələri üçün qanuni müddət çoxdan başa çatıb. Bu səbəbdən prokurorun təklifi qəbul edilə bilməz.
Sail Ağasəlim


OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Bu gün məşhur həkimlər məhkəmədə dindiriləcəklər
Türkiyəli “biznesmen” azərbaycanlı iş adamlarına 613 min manat “atdı”
Tural Sadıqlı da Baş Prokurorluğa çağırıldı
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55