Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Diplomatik korpus nümayəndələri Laçında Həkəri çayına balıq buraxıblar

Diplomatik korpus nümayəndələri Laçında Həkəri çayına balıq buraxıblar

Diplomatik korpus nümayəndələri Laçında Həkəri çayına balıq buraxıblar
2025-06-20 , 20:30

Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Həkəri çayı sahilində gəzintiyə çıxıb.

Oxu.Az xəbər verir ki, nümayəndə heyəti yerli flora və fauna, həmçinin Laçın rayonunun təbii landşaftları ilə tanış olub.
Bundan başqa, nümayəndələr işğal zamanı ekosistemin pozulması nəticəsində zərər çəkmiş çay faunasını zənginləşdirmək və balıq ehtiyatlarını bərpa etmək məqsədilə Həkəri çayına balıq körpələri buraxıblar.



Daha çox foto burada: PhotoStock.az

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlardan, hərbi attaşelərdən və ölkədəki beynəlxalq təşkilatların nümayəndələrindən ibarət nümayəndə heyəti Laçın şəhərində "Gilabi Ceramics" istehsalat mərkəzini ziyarət edib.
Oxu.Az xəbər verir ki, istehsalat mərkəzini ziyarət edən Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayon alış-veriş də edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.