Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Hər adam məscid imamı ola bilməz” - Aşağı Güzdəkdə qızqaçırma qalmaqalı

“Hər adam məscid imamı ola bilməz” - Aşağı Güzdəkdə qızqaçırma qalmaqalı

“Hər adam məscid imamı ola bilməz” - Aşağı Güzdəkdə qızqaçırma qalmaqalı
2025-06-21 , 14:01

“Bu, bir daha onu göstərir ki, kadr təyinatları çox diqqətlə edilməlidir. Hər adam məscid imamı ola, hər adam bu vəzifədə fəaliyyət göstərə bilməz”. Bu sözləri "Yeni Sabah"a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Aşağı Güzdək qəsəbəsində baş verən hadisə narahatedicidir:
“Bu məsələlərdə daha diqqətli olmağa çalışmalıyıq. Mövzunun araşdırılmasına ciddi ehtiyac var. Necə baş verib, bu şəxs vəzifəyə necə təyin olunub? Müvafiq qurumlar həmin şəxsi araşdırmışdılarmı? Yoxsa baxmadan, araşdırmadan bu vəzifəyə təyin olunub...
Bu, bir daha onu göstərir ki, kadr təyinatları çox diqqətlə edilməlidir. Hər adam məscid imamı ola, hər adam bu vəzifədə fəaliyyət göstərə bilməz. Bu məsələlərdə maksimum diqqətli olmalı və daha həssas yanaşmalıyıq ki, belə hadisələr baş verməsin.
Cəmiyyətə geniş sürətdə məlumat verilməlidir ki, bu prosesin kökündə nə durur və məsələnin əsl mahiyyəti nədən ibarətdir”.
Qeyd edək ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində mollanın 16 yaşlı qızı qaçırdığı iddia olunur. Məscidin axundu Turab Tahirovla bağlı ciddi ittihamlar irəli sürülüb.
İddialara əsasən, o, Quran dərsi almağa gələn 16 yaşlı qız uşağını qaçırıb. Qızın ailəsi dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda polis araşdırma aparır. Məsələ ilə bağlı gündəmə gələn başqa bir ciddi iddia isə axundun məscidə daxil olan vəsaitləri – təxminən 20 min manatı mənimsəməsidir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.