Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bu çörək şirkəti vətəndaşların həyatı ilə oynayır – FOTO

Bu çörək şirkəti vətəndaşların həyatı ilə oynayır – FOTO

Bu çörək şirkəti vətəndaşların həyatı ilə oynayır – FOTO
2025-06-22 , 13:45

“N1” çörək şirkətinə məxsus kəpəkli baton çörəyindən bolt çıxması müştərinin narazılığına səbəb olub.

Bu barədə Tribunainfo.az-a şikayət edən vətəndaş Xəyalə Quliyeva bildirib ki, aldığı çörəyin içərisindən bolt tapıb.
Şikayətçinin sözlərinə görə, bu hal həm sağlamlıq, həm də həyat üçün ciddi təhlükə yaradır:

“Çörəyi kəsəndə içindən bolt çıxdı. Təsəvvür edin ki, bu hiss edilmədən yeyilsəydi, diş qırıla, hətta bolt boğazda qala bilərdi. Adına baxanda “N1” görünür, amma keyfiyyətinə gələndə bu şirkət vətəndaşlar üçün təhlükə saçır”.
Vətəndaş məsələ ilə bağlı aidiyyəti orqanların məsələ ilə bağlı ölçü götürülməsini istəyir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Dəniz Pənahova
Tribunainfo.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.