Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nizami rayonunda iki qanunsuz tikili – FOTOLAR

Nizami rayonunda iki qanunsuz tikili – FOTOLAR

Nizami rayonunda iki qanunsuz tikili – FOTOLAR
2025-06-23 , 16:23

Bakının müxtəlif ərazilərində qanunsuz tikintilərin sayı durmadan artır. Xüsusilə Nizami rayonu bu baxımdan ön sıralarda yer alır.

Tribunainfo.az xəbər verir ki, son günlərdə Nizami rayonunun Elşən Süleymanov küçəsində iki ayrı obyektin qanunsuz şəkildə inşa edildiyi müşahidə olunub. Yerli sakinlərin sözlərinə görə, bu tikintilər müvafiq icazə və sənədlər olmadan aparılır.
Maraqlıdır ki, bu proseslər Nizami rayonuna yeni icra başçısı təyin olunan Coşqun Cəfərovun fəaliyyətə başlamasından sonra daha da sürətlənib. Xatırladaq ki, Coşqun Cəfərov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kadrı kimi tanınır.
Sakinlər və mütəxəssislər narahatlıq ifadə edərək qeyd edirlər ki, qanunsuz tikintilər həm şəhərsalma qaydalarına ziddir, həm də təhlükəsizlik baxımından ciddi risklər yaradır. Məsələ ilə bağlı aidiyyəti qurumlar səssiz qalır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Nizami rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.
Dəniz Pənahova



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.