Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » FHN-dən Füzuli Ələkbərova 16 min manatlıq sifariş

FHN-dən Füzuli Ələkbərova 16 min manatlıq sifariş

FHN-dən Füzuli Ələkbərova 16 min manatlıq sifariş
2025-07-10 , 21:57

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi “İmprotex Motors” şirkəti satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, müqavilədə “BMW 750E”markalı nəqliyyat vasitəsi üçün təmir və texniki servis xidmətlərinin satın alınması nəzərdə tutulur.
Satınalma predmetinə görə şirkətə 16 756,52 manat ödəniləcək. “İmprotex Motors” şirkəti 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5325 manatdır. Şirkətin qanuni təmsilçisi Ələkbərov Füzuli Həsən oğludur.
Füzuli Ələkbərov 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb.
“İmportex Motors” şirkətinin ona məxsus olması hələ nazir olduğu dönəmlərdə ictimaiyyətə məlum idi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.