Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nazirliyin 8,7 milyonluq tenderini bu şirkət uddu

Nazirliyin 8,7 milyonluq tenderini bu şirkət uddu

Nazirliyin 8,7 milyonluq tenderini bu şirkət uddu
2025-07-10 , 17:11

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “RRM Təmir-Tikinti” MMC (VÖEN 1306582521) olub.

Yeniavaz.com xəbər verir ki, “RRM Təmir-Tikinti” MMC Elm və Təhsil Nazirliyinin sifarişi ilə bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı üçün avadanlıqların alınıb-quraşdırılması işlərini həyata keçirəcək.
Nazirlik bu işə görə “RRM Təmir-Tikinti” MMC-yə 8 milyon 690 min 754 manat 28 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “RRM Təmir-Tikinti” MMC 28 fevral 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov, ev.2B, m.61-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hümmətov Elnur Zahid oğludur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.