Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Cahid Şahbazovun köməkçisindən GÖZLƏNİLMƏZ AÇIQLAMA: "Cinayət işi açılmayıb"

Cahid Şahbazovun köməkçisindən GÖZLƏNİLMƏZ AÇIQLAMA: "Cinayət işi açılmayıb"

Cahid Şahbazovun köməkçisindən GÖZLƏNİLMƏZ AÇIQLAMA:
2025-07-14 , 14:31

Tanınmış oftalmoloq Cahid Şahbazova cinayət işi açılması ilə bağlı məlumat yayılıb. Məlumata əsasən, vətəndaş Humay Əliyevanın şikayəti əsasında Səbail Rayon Prokurorluğunda C.Şahbazov barəsində cinayət işi başlanılıb. Məlumatda qeyd olunub Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə açılan iş üzrə Cahid Şahbazov istintaqa cəlb olunub.

Oxu.Az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Cahid Şahbazovla əlaqə saxlamağa cəhd edib.
Suallarımızı oftalmoloqun özü yox, köməkçisi Gülər xanım cavablandırıb. O qeyd edib ki, yayılan məlumatlar reallığı əks etdirmir:
"Həkim özü açıqlama vermək istəmir, amma bunu bildirim ki, Cahid Şahbazova cinayət işi açılmayıb. Bu, doğru məlumat deyil. O xəbəri kim, niyə yazıb, bilmirik. Xəbəri kopiyalayıb yayırlar, amma dəqiqləşdirmirlər".
Məhərrəm Əliyev

Tanınmış oftalmoloq Cahid Şahbazova cinayət işi açılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, vətəndaş Humay Əliyevanın şikayəti əsasında Səbail Rayon Prokurorluğunda C.Şahbazov barəsində cinayət işi başlanılıb.
Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə açılan iş üzrə Cahid Şahbazov istintaqa cəlb olunub.
Qeyd edək ki, vətəndaş Humay Əliyeva Axşam.az-a müraciət edərək, Cahid Şahbazov tərəfindən əməliyyat olunduğunu və müdaxilə nəticəsində gözünün görmə qabiliyyətini itirdiyini bildirmişdi. Onun sözlərinə görə, aparılan tibbi ekspertiza əməliyyatın uğursuz olduğunu təsdiqləyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.