Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Arif Babayevin dəfn yeri məlum oldu

Arif Babayevin dəfn yeri məlum oldu

Arif Babayevin dəfn yeri məlum oldu
2025-08-01 , 11:50

Bu gün səhər saatlarında vəfat edən Xalq artisti Arif Babayevin dəfn yeri məlum olub. Yenilik.az Teleqraf-a istinadən xəbər verir ki, muğam ustası I Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub. O, iyulun 23-də Qax rayonunda istirahətdə olan zaman səhhəti ağırlaşıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Burada Xalq artistinə kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulub, ilkin tibbi yardım göstərilib. O, iyulun 24-də Bakıdakı Mərkəzi Klinik Xəstəxanasına təxliyə olunub və bu gün səhər 6:30 radələrində vəfat edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.