Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Daha bir rayonda yas mərasimlərində yemək verilməsi DAYANDIRILDI

Daha bir rayonda yas mərasimlərində yemək verilməsi DAYANDIRILDI

Daha bir rayonda yas mərasimlərində yemək verilməsi DAYANDIRILDI
2025-08-04 , 17:19

Ağdaş rayonunda yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb.


Yenilik.az xəbər verir ki Modern.az-ın məlumatına görə, bu gün Ağdaş şəhərində yerləşən Hacı İsmayıl məscidində rayon ağsaqqallarının və din xadimlərinin, dövlət qurumlarının, iş adamlarının iştirak ilə görüş keçirilib.

200-ə yaxın şəxsin iştirak etdiyi görüşdə yas məclislərində ehsan adı ilə müxtəlif meyvə, şirniyyat və isti yeməklərin verilməsinin dayandırılması barədə qərar qəbul edilib.

Bundan sonra rayonda yas məclıslərində çay, qənd, limon və xurma verilməsi ilə bağlı yekdil qərar qəbul olunub.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Şirvan şəhəri, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Şəmkir rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırıldığı deyilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.