Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » UNEC-də 9 milyonluq təmir aparılacaq

UNEC-də 9 milyonluq təmir aparılacaq

UNEC-də 9 milyonluq təmir aparılacaq
2025-08-04 , 14:39

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi “Koneks Construction” MMC seçilib. Təmir işlərinə görə şirkətə  9 735 844,68 manat ödəniləcək.
“Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnam kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşir. MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. Mehdi Fərzəliyev haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Şirkət son dövrlər  əsasəntəmir-tikinti işləri ilə dövlət sifarişləri alır. Amma “Koneks Construction” MMC haqqında yayılan məlumatlardan aydın olur ki, şirkət geyim, dəftərxana ləvazimatları, odun kimi müxtəlif malların satışını həyata keçirir. Hətta bununla bağlı bir neçə tenderin qalibi də seçilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.