Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycan bankında 170 milyon manatı olan Cahangir Əsgərov ÖLKƏDƏN GETDİ

Azərbaycan bankında 170 milyon manatı olan Cahangir Əsgərov ÖLKƏDƏN GETDİ

Azərbaycan bankında 170 milyon manatı olan Cahangir Əsgərov ÖLKƏDƏN GETDİ
2025-08-07 , 14:51

AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun Azərbaycan banklarının birində 170 milyon manat depoziti olduğu üzə çıxıb.


Yenilikaz xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, həmin məbləğ bundan əvvəl Cahangir Əsgərovun mərhum həyat yoldaşı Zərifə Həmzəyevanın adına olub.

Z.Həmzəyevanın vəfatından sonra AZAL-ın keçmiş prezidenti həmin pulu öz adına rəsmiləşdirib. Hazırda İspaniyada yaşayan C.Əsgərov hər ay həmin məbləğdən 1 milyon 200 min manat gəlir əldə edir.

Qeyd edək ki, Zərifə Həmzəyeva bu ilin yanvarında dünyasını dəyişib. Z.Həmzəyeva genetika və tibbi profilaktika üzrə elmlər doktoru, "Gazelli Group" şirkətinin təsisçisi və prezidenti, "Premium Bank” ASC-nin əsas səhmdarı və "Caspian Energy Club"ın İdarə Heyətinin üzvü olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.