Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nabran çimərliyi çirkab bataqlığında: Kanalizasiya sistemi niyə qurulmur?

Nabran çimərliyi çirkab bataqlığında: Kanalizasiya sistemi niyə qurulmur?

Nabran çimərliyi çirkab bataqlığında: Kanalizasiya sistemi niyə qurulmur?
2025-08-07 , 15:01

Meşəlik əraziləri, dəniz havası və gözəl təbiəti ilə tanınan Nabranda hər il minlərlə yerli və xarici turist dincəlmək üçün müxtəlif sanatoriyalara, istirahət mərkəzlərinə və fərdi kotteclərə üz tutur.

Yenilik.az "Bizim.Media"ya istinadən xəbər verir ki, turizm axınına rəğmən, ərazidə uzun illərdir ki, nə mərkəzləşdirilmiş kanalizasiya sistemi qurulub, nə də tullantı sularının emalı üçün adekvat qurğular tikilib. Nəticədə tullantı sularının bir hissəsi ya torpağa, ya da birbaşa dənizə axıdılır. Bu isə dəniz suyunun çirklənməsinə səbəb olur və bölgənin turizm potensialını təhlükə altına alır.

İllərdir həll olunmayan kanalizasiya problemi həm yeraltı su ehtiyatlarını, həm də Xəzər dənizinin sahilboyu akvatoriyasını çirkləndirir.




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.