“Prodakşnlar min hoqqadan çıxır” – Xalq artisti üsyan etdi
“Nə qədər ki, kinostudiya bu vəziyyətdədir, heç bir kino çəkilişi və sənətdən söhbət gedə bilməz. Bu boyda kinostudiya başlı-başına qalıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Aktyor kino şirkətlərinin min hoqqadan çıxdığını və ancaq öz mənafelərini düşündüklərini xatırladıb:
“Kənardakı prodakşnlar min hoqqadan çıxır. Özfəaliyyət səviyyəli prodakşnların sayı artmaqdadır, hərə birini açıb. Ən dəhşətlisi isə odur ki, onların hər birinə şərait yaradırlar. Mənasız filmlər çəkilir və böyük-böyük pullar havaya sovrulur. Yeni mövsümə az qalsa da, kino ilə bağlı hələ də müsbət qərar yoxdur. Bu gün hamı şəxsi maraqlara xidmət edir. Xalq, dövlət haqqında fikirləşmirlər, hər kəs özü haqqında düşünür. Mən məmurları, əlində imkan olan şəxsləri deyirəm. Hərənin əlinə bir obyekt keçən kimi orada hakim olur, kor atı minib köndələn çapır. İşi bilənə tapşırarlar”.
Əbdül Mahmudbəyov hesab edir ki, kino milli-mənəvi dəyərdir, sərhəd tanımayan sənət sahəsidir:
“Bu sahəyə bu səviyyədə düşünən qeyrətli, şəxsi marağını ikinci plana çəkə bilən rəhbərlər lazımdır. Kimin əlinə fürsət düşür, istifadə etməyə başlayır. Kompleks şəkildə qəlbdən, milli-mənəvi dəyərlərdən gələn ruh yoxdur, hər kəs öz əlinə oynayır. Qaçdı-tutdu ilə iş görmək olmaz. Kinostudiya və kino kompleks şəkildə həll edilməlidir, özü də birinci şəxs səviyyəsində. Kino şəxsən ölkə başıcının nəzarətində olmalıdır. İş görmək lazımdır”.
Şeyx Əbdül Mahmudbəyov kino ilə bağlı konkret proqramların təsdiq olunmasının vacibliyini vurğulayıb:
“Bu işi bilən və məsuliyyətli adamlar işə təyin olunmalıdır. Təsəvvür edin ki, məni aparıb qoyublar kosmonovatlara rəhbər, onlara nə öyrədə bilərəm? Gülməlidir. Kino ideoloji təbliğat vasitəsi kimi nəzarətdə olmalıdır. Kino həm də böyük salnamədir, tarixdir. O yerdə ki millətin taleyi həll olunur, tarix yazılır, bu mütləq birinci şəxsin nəzarətində olmalıdır. Sərəncam verilir, təyinat olur, gəlirsən yanına, bəlli olur ki, o da kimdənsə asılıdır, hər şeyi həll edə bilməz”.
Xalq artisti kinonun əsas problemini də açıqlayıb:
“Ən böyük dərd odur ki, bu gün kinonu kinoya aidiyyəti olmayanlar təmsil edir. Bir ittifaq orada açılıb, kinoya aidiyyatı olmayanlar dövlət büdcəsindən yeyib kef edirlər, bir prodakşn da burada açıblar, hərə əlinə bir senari alıb ARKA-ın üstünə gəlir. Mən həmin qurumun bədii şurasının üzvüyəm. Bilirsiniz, orada nə qədər “bezdarnı” senariləri geri qaytarmışıq? Nə qədər imkansız, səviyyəsiz rejissorlarla baş ağrıtmaq olar? Çünki kino peşəkar səviyyədə idarə olunmalıdır. Bu gün Azərbaycanda 30-dan çox kino çəkən qrup var. Hamısının da öz oyunu və maxinasiyası və ən başlıcası, qeyri-peşəkar səviyyələri. Baxırsan adamın ürəyi ağrıyır”.
Xalq artisti filmlərin telefonla çəkildiyini də deyib:
“Görün, kino nə günə qalıb. Telefonla çəkilən kino hara kimi gedər, kim baxar ona”.
OXŞAR XƏBƏRLƏR

Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Xalq artistinin oğlu: “Həkim səhlənkarlığı ucbatından atamı itirdim”
“Toylara getsəydim, evimin divarları qızıldan idi” - Mübariz Tağıyev
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55