Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Azercell” müştərinin 20 illik nömrəsini buna görə ləğv etdi

“Azercell” müştərinin 20 illik nömrəsini buna görə ləğv etdi

“Azercell” müştərinin 20 illik nömrəsini buna görə ləğv etdi
2025-09-02 , 10:50

“Azercell” bir neçə gün balans artırmayan jurnalistin 20 illik nömrəsini heç bir xəbərdarlıq etmədən ləğv edib.

Yenilik.az xəbər verir ki, bu barədə jurnalist Əzizə İsmayılova məlumat paylaşıb. Jurnalist “Azercell”in bu addımından narazı qalıb:
“Deməli, mənim 20 ildən çoxdur işlətdiyim “Azercell” nömrəm var.
O gün nömrəyə pul vurmaq istəyirəm, “sistem xətası” deyə bir mesaj gəlir. Düşündüm ki, olur, yəqin müəyyən işlər gedir. Bu minvalla 3 gün cəhd etdim, olmadı. Bu gün yenidən maraqlandım və sürpriz – nömrəmi möhtərəm “Azercell” götürüb ləğv edib.
Niyə, nə səbəbə? Balansı artırmamışammış. Artırmamışamsa, demək ki, bir səbəb var. Mənim pul verib aldığım, 20 il işlətdiyim nömrəni balansı artırmamışam deyə götürüb ləğv etmək nə deməkdir?
Nədir bu mobil operatorlardan çəkdiyimiz?”.
Jurnalistin narazı qaldıöı məqamla bağlı “Azercell” şirkəti heç bir açıqlaça verməyib.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.