“Toyda israf edirsiniz, yasda qənaət yada düşür?” – Molladan sərt sözlər
Samux rayonunun Çobanabdallı kəndində maraqlı bir hadisə baş verib. Kənd mollası çəkdiyi videomüraciətdə yas mərasimlərində iştirakın azlığından gileylənib və bunun əsas səbəbini ehsan verilməməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, məqsədi mərhumun evinə dəstək olmaq, insanları həmrəylik göstərməyə çağırmaqdır.
Kənd sakinlərinin fikirləri isə fərqlidir. Onlar deyirlər ki, yaslarda yemək verilməməsi insanların öz təşəbbüsü əsasında həyata keçirilən qərardır və bu, çoxluq tərəfindən müsbət qarşılanır. Çünki ehsanların ləğvi həm mərhumun ailəsini artıq xərcdən xilas edir, həm də yasın əsas mahiyyətini – mərhumun ruhuna dua oxunmasını – ön plana çıxarır.
Sakinlər əlavə edirlər ki, yas məclisinə kimlərin qatılması çox vaxt mərasim sahibinin özünün digər bənzər məclislərdə iştirakına bağlı olur. Yəni, kimin yasına gedilibsə, onun da yasına əksər hallarda qarşılıq verilir.
Maraqlı məqam isə odur ki, doğrudanmı insanlar ehsan olmadığı üçün yaslara getməkdən yayınırlar?
Bu suala aydınlıq gətirmək üçün Musavat.com məsələ ilə bağlı Saray məscidinin mollası Bəxtiyar Məmmədovla söhbətləşib.
– İlk olaraq ehsanın bəzi rayonlarımızda yığışdırılmasından danışaq. Buna münasibətiniz necədir?
– Ehsan yaxşılıq deməkdir. Ərəb sözüdür. Belə çıxır ki, biz ehsanı yığışdırmaqla elə yaxşılığı yığışdırırıq. Ehsanı yığışdırmaqdansa, süfrəyə qoyulan yeməklərin sayını azaltmaq lazımdır ki, israfçılıq olmasın. Mən getdiyim yas məclislərində ehsan verilir. Yas mərasimlərində çay sürfrəsi olsa, bəs edər. Yemək veriləndə isə elə etmək lazımdır ki, artıq qalıb xarab olmasın. Mən şəxsən şahidi oluram ki, məclislərdə həddindən artıq israfçılıq olur. Süfrəni sadələşdirmək daha gözəl olar. İndi ehsan süfrəsində daha meyvə verilmir, onun yerinə pomidor, xiyar, turşu, pendir qoyulur. Lakin bunlar o qədər alınır ki, artıq qalır. Elə onu aparıb ehtiyacı olan ailələrə versinlər. Amma ehsanı tamamı ilə yığışdırmaq düzgün deyil. Ehsan süfrəsində ən azı bir stəkan çay olmalıdır. İnsanın gözəl söz danışmağı da, yemək verməsi də ehsandır. Sözü də çox danışsan, israf olar. Hər şeyi qədərində etmək daha yaxşıdır. Bir azdan deyəcəklər ki, yas məclislərində Quran da oxunmasın. Bu nə dərəcədə düzgündür?!
Halbuki toy məclislərində növbənöv içkilər, xörəklər verilir, insanlar sərxoş olub dava edirlər. Bəs toylarla bağlı niyə məhdudlaşdırmadan, sadələşdirmədən danışmırlar? Ən böyük israfçılıq elə toylarda müşahidə edilir. Yaslarla bağlı çox detallara varırlar. Bəzən deyirlər ki, Aşura mərasimi də ləğv olunsun. Hazırda ölkəmizdə din çox pis formada təbliğ olunur. Aşuranın özü də ehsandır da.
– Doğrudanmı insanlar ehsan zəif olanda və ya verilməyəndə yas məclisinə gəlmirlər?
– Bizim insanlar ehsan verilməsinə alışıb, ona görə də ehsan zəif olanda gəlmək istəmirlər. Ehsan verməyən ailələrə pis baxırlar. Lakin ümumilikdə bu mərhumun yas mərasimlərində iştirakından, qohumlarından asılı olur. Adam var ki, vaxtı ilə məclislərə getməyib deyə onun da yasına heç kim gəlmir.
– Ehsan süfrəsində ən vacib qidalar hansılardır?
– Süfrə nə qədər sadə olsa, bir o qədər yaxşıdır. Halvanın yanında qoğal, cürbəcür konfetlər verilir. Onlar da yeyilmir, elə süfrələrdə qalır. Əsas olan çay, xurma və halvadır. Bəlkə halva da artıqdır.
OXŞAR XƏBƏRLƏR

Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Video çəkərək yasa az adamın gəlməsindən gileylənən molla DANIŞDI (VİDEO)
Hər bürc haqqında 10 maraqlı FAKT
Bakı və Sumqayıtda dəbdəbəli ehsan süfrələri niyə ləğv olunmur?-ŞOK SƏBƏB
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55