Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Pirşağı-Nardaran yolunda ölüm lükü: Baksol faciəsi təkrarlana bilər - VİDEO

Pirşağı-Nardaran yolunda ölüm lükü: Baksol faciəsi təkrarlana bilər - VİDEO

Pirşağı-Nardaran yolunda ölüm lükü: Baksol faciəsi təkrarlana bilər - VİDEO
2025-09-03 , 16:26

Pirşağı-Nardaran yolunda aylarla açıq qalmış lük həm piyadalar, həm də avtomobil sahibləri üçün ciddi təhlükə yaradır.


Bu barədə məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edən yerli sakin bildirib.

O qeyd edib ki, sözügedən yol “Sea Breeze”ə gedən istiqamətdə, Ləhic bağları adlanan ərazidə yerləşir. Onun sözlərinə görə gündə azı 5 avtomobil həmin lük düşür:

“Nə Yerüstü Nəqliyyat Agentliyi maraqlanır, nə də digər aidiyyəti qurumlar. Bu qapaq 1 aydan çoxdur bağlanmır. Kazino açılır, turistlər gəlir, onlar bunu görüb nə deyəcəklər? Dəfələrlə 100-ə yaxın quruma demişik, amma heç kimin vecinə deyil. AYNA da hər yerdə zolaq çəkib, saxlamaq üçün saatına 40–50 qəpik tələb edir, ödəməsən 20–40 manat cərimə. Amma bunu kim düzəldəcək? Yaxşı, maşın cəhənnəmə, bura bir uşaq və ya yaşlı qadın düşsə, nə olacaq?” – deyə vətəndaş bildirib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlamışıq.

Xatırladaq ki, bir müddət əvvəl Bakının Nərimanov rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü kanalizasiyaya düşərək həlak olmuşdu.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.