Azərbaycanın sabiq nazirləri biznesini Britaniyaya daşıyır
Qeyri-leqal “qara pullar” leqallaşdırılır, vətəndaşlıq alınır
Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüksemburqdakı şirkətini bağlayıb, Avropadakı bütün biznesini Böyük Britaniyaya köçürüb. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat və sənədlər yayıb. (Axar.az)Qeyd edək ki, Heydər Babayevin Azərbaycanda yüksək vəzifəyə təyin olunana qədər də Avropada biznesi vardı. Belə ki, o, 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən “Xariciiqtisadibank”ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyib. 1999-cu ildən Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, 2005-2008-ci illərdə isə iqtisadi inkişaf naziri olub.

Məlumdur ki, hakimiyyətdən uzaqlaşdırılan Ziya Məmmədovun oğlu, eləcə də ləğv edilmiş MTN şefinin övladları da Böyük Britaniyaya yerləşiblər, bizneslərini bu ölkəyə köçürüblər. Zaman-zaman onların maliyyə qaynaqları ilə bağlı müəyyən hüquqi problemlər olsa da, bu ölkədə qalmaqda, bizneslərini genişləndiriməkdə davam edirlər. Heydər Babayev hakimiyyətdən çoxdan uzaqlaşdırılsa da, indi onun ailəsinin də biznesini Britaniyaya köçürməsi diqqət çəkir. Qeyd edək ki, keçmiş kənd təsərrüfatı naziri, sonra isə baş nazir müavini işləmiş İsmət Abbasovun oğlunun da Londonda yerləşdiyi bəllidir. İngiltərəni Azərbaycanın sabiq nazirləri və onların ailə üzvləri üçün cəlbedici edən nədir?

Natiq Cəfərli
REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, İngiltərə, London tək azərbaycanlı korrupsioner keçmiş məmurlar və onların ailə üzvləri üçün deyil, bütün dünyada “qara pullarını” işlətmək, leqallaşdırmaq istəyənlər üçün cəlbedicidir: “Çünki Britaniyanın çox yumşaq qanunvericiliyi var. Qeyri-leqal pulların leqallaşdırılması buna görə həmin ölkədə daha rahat həyata keçir. Avropa İttifaqı ölkələrində həddindən artıq requlyativ hüquqi aktlar var. Amma Londonda belə deyil. Britaniyanın özünün hətta yurisdiksiyasında olan ofşor zonaları da var. Məsələn, Virgin adalarının adını qeyd edə bilərik. Həmin ofşor zonalar vasitəsilə qeyri-leqal vəsaitlərin idarə edilməsi daha asan mümkün olur. Londonu cəlbedici edən budur. Rusiya oliqarxlarına da baxsanız görəcəksiniz ki, son 30 ildə Londona 700 milyard dollar vəsait yerləşdirmişdilər. Həmin oliqarxların və onların ailə üzvlərinin bir çoxu bununla həm də Britaniya vətəndaşlığı aldılar. Eləcə də azərbaycanlı oliqarx keçmiş yüksək vəzifəli şəxslərin bəzilərinin də ailə üzvlərinin Britaniya vətəndaşlığı aldığı haqda indiyə qədər məlumatlar yayılıb. Britaniyaya böyük miqdarda vəsait yatırmaq onlara bu imkanı yaradır. Britaniya bu cür şəxslərin həm qeyri-leqal vəsaitlərinin leqallaşdırılması, həm həmin vəsaitlərin böyük qazanc gətirməsi, həm də onlara vətəndaşlıq qazandırması üçün qanunvericiliyinin yumşaqlığı səbəbilə imkanlar yaradır”.
Ekspert qeyd etdi ki, Britaniyada, xüsusilə Londonda Azad Ticarət Zonalarının (ATZ) mövcudluğu da qeyri-leqal pulların bu ölkəyə yatırılmasına şərait yaradan faktorlardandır: "Bu zonalar əsasən ixracla əlaqədar olan mal və xidmətlər üçün əlverişli mühit formalaşdırır, habelə bu zonalarda orada işləmək icazəsi olan şirkətlərə münasibətdə tənzimləmə mexanizmi minimal səviyyədə tətbiq edilir. ATZ-lərin əlavə faydalarına rüsum və tariflərdən azad edilmə, sadələşdirilmiş inzibati prosedurlar, o cümlədən xammal, maşınqayırma avadanlıqları, ehtiyat hissələr və avadanlıqların gömrük rüsumlarından azad edilməklə idxalını aid etmək olar. Gömrük Prosedurlarının Sadələşdirilməsi və Uzlaşdırılması üzrə Beynəlxalq Konvensiyada (Kioto Konvensiyası) belə ərazilər ”azad zonalar" adı altında tanınır. Eyni zamanda ATZ-nin fəaliyyəti yalnız işgüzar fəaliyyətlə məhdudlaşmır, orada pərakəndə satış müəssisələrinə, yaşayış məntəqələrinə, maliyyə xidmətlərinə, hətta turizm və kazino sektorlarına rast gəlmək mümkündür. Beləliklə, ATZ dövlətin ərazisi daxilində gömrük və ya vergi nəzarəti baxımından xüsusi statusa malik olan, müəssisələrə onların inkişafının stimullaşdırılması üçün xüsusi imtiyazlar verilməklə onların ixrac və ya idxal məqsədləri ilə sahibkarlıq fəaliyyəti həyata keçirdiyi, yaxud xidmətlər təmin etdiyi ərazi və ya rejimdir. Böyük Britaniyadakı ATZ-lər əsasən müəssisə zonaları kateqoriyasına aid ATZ-lərdir. Yerləşdiyi ərazidə vergi imtiyazları və maliyyə qrantları vasitəsilə məxsusi şəhər və kənd ərazisində inkişafa nail olmaq məqsədilə yaradılan iqtisadi inkişaf zonalarıdır. Daha çox inkişaf etmiş ölkələrdə rast gəlinən bir zona növüdür. ATZ sistemində boşluqlar onun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında sui-istifadə edilməsi üçün münbit şəraitdir".
OXŞAR XƏBƏRLƏR

Keçmiş nazir biznesini Londona köçürür
Azərbaycanda kazino biznesinə icazə verilərsə BÜDCƏ NƏ QƏDƏR QAZANAR?
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55