Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputat: Azərbaycanda hər beş nəfərdən biri dövlətdən pensiya, müavinat, təqaüd alır

Deputat: Azərbaycanda hər beş nəfərdən biri dövlətdən pensiya, müavinat, təqaüd alır

Deputat: Azərbaycanda hər beş nəfərdən biri dövlətdən pensiya, müavinat, təqaüd alır
2025-09-10 , 17:02

"Bu ilin 1-ci yarısında ölkə üzrə orta aylıq pensiya artıb, yaşa görə pensiya 574 manata çatıb, əvəzetmə əmsalı 49% təşkil edir. Bu da beynəlxalq əmək təşkilatının təyin etdiyi standartlara uyğundur”.

 
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Musa Quliyev deyib.
 
Deputat bildirib ki, ölkəmizdə 5-ci paket sosial islahatlar başlayıb: “O cümlədən minimum əməkhaqqı 345 manatdan 400 manata çatıb. Ümumiyyətlə son 3 ildə pensiyanın minimum məbləği artıb, pensiyanın orta aylıq məbləği isə 302 manatdan 538 manata yüksəlib. Minimum pensiyanın orta aylıq pensiyaya nisbəti 60 %-dir. Ölkədə 1103300 nəfər pensiyaçıdır. 64,6 %-i yaşa görə pensiyaçıdır, 12,4 % ailə başçısını itirməyə görə pensiya alır".
 
Komitə sədri həmçinin bildirib ki, Azərbaycanda hər 5 nəfərdən biri dövlətdən pensiya, müavinat, təqaüd, yaxud başqa yardım alır:
 
"Sosial dövlət olmağımızın göstəricisi budur. 2 milyondan çox insan dövlətin sosial müdafiə tədbirləri ilə birbaşa əhatə olunub".
 
APA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.