Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Azərbaycanda ət qiymətləri yüksəkdir”

“Azərbaycanda ət qiymətləri yüksəkdir”

“Azərbaycanda ət qiymətləri yüksəkdir”
2025-09-12 , 13:30

“Hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir”.

Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu gün keçirilən komitə iclasında deyib. 
“Buna səbəb odur ki, bəzi hallarda mal-qara sahibləri məhsullarını bazara lazımı qaydada çıxara bilmirlər. Amma həmin şəxslər məhsullarını müəyyən köşklər vasitəsilə sata bilməlidirlər. Bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər. Bələdiyyələrin rayonlarda yaşayan vətəndaşların məhsullarını satmasını təmin etməsi mümkündür”, - deyə komitə sədri qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.