“Balıq alarkən, qulağına yox, bu hissələrinə diqqət edin, günah hesab edilən balıq…” — AĞA SALAMOV
Soyuq havaların yaxınlaşması ilə süfrələrdə balığa maraq artır. İmmunitetin möhkəmləndirilməsi, orqanizmin sağlam saxlanması üçün balığın əhəmiyyəti vacibdir.
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən qida məsələləri üzrə baş mütəxəssis, ekspert Ağa Salamov bildirib ki, balıq çox həssas mövzudur.
A. Salamovun sözlərinə görə, əsas, hansı balığı yox, “balığı haradan alaq” mövzusuna toxunaq. İlk növbədə, balığı aldığımız məkanda buzla təchiz olunan rəflərdə olmasına diqqət etməliyik. Yaydı, qışdı fərqi yoxdur. Bunlar boş şeydir. Hava 14,10 dərəcədə də ola bilər və biz üşüyə də bilərik. Amma balıq üçün əlverişli mühit deyil.
Balıqdan, zəhərlənməmək üçün ekspert vacib detallara toxunub:
“Balıqdan zəhərlənməmək üçün onun təzə olmağına diqqət etməliyik. Çox vaxt vətəndaşlar bunun üçün balığın gözünə və qulağına baxırlar. Balığın qulağına çuğundur suyu da qata bilərlər. Mən dünən Təzə Keşlə bazarından balıq alırdım. İnsanlara diqqət etdikdə, gördüm ki, hamısı balığın qulağına baxır. Bunu ayırd etmək üçün ilk növbədə balığın pullarına baxmaq lazımdır. Balığın pulları keçəlləşməməlidir, tökülməməlidir, pulunu dartdıqda asanlıqla çıxmamalıdır. Eyni zamanda, balığın qarnı şişməməlidir. Balığın və onun qarnının şişməsi tərkibində histamin maddəsinin çox olmasından irəli gəlir. Bu da qida zəhərlənməsinə yol açan maddədir. Bundan əlavə, balığın gözü şəffaf, qəlsəmələri qırmızı olmalıdır. Həmçinin balığa toxunduqda, batıq qalmamalıdır”.Ağa Salamov balıq növlərindən və onların faydalarından söz açıb:
“Artıq ov mövsümüdür. Balıq bazarları maşallah dolub. Hər çeşiddə balıqlar var. Bəli, süni saxlanılan balıqlar da ola bilər. Bu onun dadından, tamından hiss olunur. Başqa cür bunu hiss etmək mümkün deyil. Xaricdən gətirilən balıqlara gəldikdə isə onların da qida dəyəri yüksəkdir. Çupra balığını xüsusi vurğulamaq olar ki, “dara” adı ilə tanınır. Daha sonra sibas, levrek balığı var ki, bunlar da yağsız və pəhriz üçün hesab olunur. Ümumiyyətlə, balıq yüngül yeməkdir amma immun sisteminin güclənməsi üçün çox vacib elementləri özündə ehtiva edir. Ən başda Omeqa-3, Sink, müxtəlif mineral və vitaminlərlə zəngindir ki, insan orqanizmini qrip və müxtəlif viruslardan qoruyur. Xüsusilə vurğulamaq istərdim ki, farel, skrumbiya – bu balıqların kürək nahiyəsində, dərisinin altında qara hissə var, o da uşaqlarda boy artımına yardımçı olur. Çünki oliqomer zülalı tərkibində yüksəkdir. Oliqomer zülalı quşların dənliyində də olur. Fikir vermisinizsə, quşların balaları necə tez böyüyür. Bunun böyümə səbəbi də oliqomer zülalıdır. Oliqomer zülalı da eyni zamanda balıqların kürək hissələrində qara rəngdə olur və ən çox skrumbiya və farel balıqlarında müşahidə olunur. Həmçinin tuna, salmon balıqlarında da bu zülaldan var”.Günah hesab edilən, eyni zamanda zəhərli balıqlara da toxunan Ağa Salamov sonda qeyd edib ki, halal-haram məsələsi boş şeydir. Mollalar deyir: “qulağının dibində bir dənə pul tapdıq, halaldır”. Əgər insana zərər vermirsə, təbii ki, yesinlər. Camaat dünyanın ən zəhərli balığı olan fugonu yeyir. Məsələn, mən fuqonu deyərdim ki, haramdır. Çünki, bu balıqdan ildə nə qədər adam ölür. Statistik rəqəm olduğuna görə deyirəm. Skrumbiya, beluqa, asatrin – bunlar adam öldürmürsə, nəyə görə haram olmalıdır? Məsələn, olur ki, balıqlar ağrı hiss edəndə, özlərini qayalıqlara çırpırlar. Bu zaman dəriləri cızılır və ətə müəyyən bakteriya keçə bilər. Bu balıqları təmizləyən zaman admaın əli kəsikdirsə, çirk əmələ gətirir. Bir balaca bakteriya yükü çox ola bilər. Onun da elmi izahı olmalıdır və yeyilə də bilər, heç bir ziyanı yoxdur. Təbii ki, bakteriya yükü biz düşündüyümüz qədər deyil.
OXŞAR XƏBƏRLƏR

Prezidentin rəsmi qarşılanma mərasimindən – Fotolar
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Mehriban Əliyeva liderlərin xanımları ilə gəmi gəzintisində – Fotolar
Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında – FOTOLAR
Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında (FOTO)
149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR
Prezident “Gülüstan” sarayında iclasda iştirak etdi – Fotolar – Yenilənib
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Prezident “8 Noyabr” Elektrik Stansiyasının açılışında – Fotolar
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55