İlahiyyatçı: "Saqqal saxlamaq daş dövrünün ənənəsinə uyğundur"
“İslama dininə görə, saqqal saxlamaq vacib deyil. Əsas fikir, mötəbər rəy budur ki, Məhəmməd Peyğəmbərin sünnəti, yəni adəti olduğu üçün ibadət əhlinin normal saqqal saxlaması bəyəniləndir. “Qurani-Kərim”də saqqalın vacib olması ilə bağlı ayə yoxdur. Hədislərdə isə müsəlmanların o dövrkü geyim və imiclərinə uyğun olaraq bəzi tövsiyələr var. Çünki Məhəmməd Peyğəmbər zamanında saqqal kişilərin şüarı, adəti idi. Bir növ dəb idi. Həm də şərait, vəziyyət mütəmadi olaraq saqqalı qırxmağa imkan vermirdi. Odur ki, bəzi hədislərdə Peyğəmbər buyurur ki, bığınızı qısaldın ki, yemək yeyərkən maneə yaratmasın. O özü də rəvayətlərə görə, bir əl tutumundan uzun saqqal saxlamayıb. Amma sonralar dini və şəriəti təhrif edənlər əsas mənəvi, əqidəvi, elmi, mədəni dəyərlərin əvəzinə saqqal kimi məsələlər üzərində hökmlər icad edərək onu sanki dinin əsas mahiyyəti kimi qələmə verdilər. Halbuki saqqal saxlamaq barədə qəti əmr, hökm yoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə, Məhəmmdə Peyğəmbər öz dövrünə uyğun yaşayıb, geyinib və o dövrün tələblərinə uyğun olaraq da saqqal saxlayıb: “Müsəlmanlara da buyurub ki, öz dövrünüzə, adətinizə, ürfünüzə uyğun yaşayın. Bu meyarla da indiki dövrdə saqqal saxlamaq uyğun görülmür. Ələlxüsus da ki, uzun, salxımlı, nizama salınmamış saqqal saxlamaq daş dövrünün ənənəsinə uyğundur. Din təmizliyi, paklığı əmr edir. Təbiblərin rəyinə görə, saqqal tükündə çoxsaylı mikrob və bakteriyalar cəmləşir, ətrafa yayılır. Bir hədisdə təmizliyin dinin yarısı olduğu buyurulur. Bu nəzərdən baxsaq, nəinki saqqal saxlamaq, əksinə, saqqalı qırxmaq zəruri sayıla bilər. Son zamanlar bəzi gənclər də saqqala meyl edir. Çoxu da dəb üçün saxlayır. Bu qətiyyən doğru deyil. Dinlə saqqalın heç bir əlaqəsi yoxdur. Din saqqal kimi bəsit mövzular üzərində bərqərar deyil. Dinin mahiyyətini saqqal səviyyəsinə endirənlər dinə ən böyük hörmətsizlik edənlərdir. Saqqal hər bir halda insanın səliqəsinə, imicinə geridəqalmışlıq qatır, orta əsrləri xatırladır. Əsl insan, əsl mömin, nümunəvi bəndə olmaq üçün əsla saqqala ehtiyac yoxdur. Marksın da saqqalı olub, amma ateist idi. Din tüklə, qılla yox, elmlə, ağılla ölçülür. Bəzi dindarlar özlərini əməlləri ilə, savadları ilə, ictimaiyyətə verməli olduqları mənəvi töhfə ilə, gözəl nümunələrlə sübut edə bilmədikləri üçün zahiri görünüşləri, ərəb qiyafəli geyimləri ilə özləri haqda mömin, inanclı görüntüsü yaratmaq istəyirlər və saqqal uzadırlar. Amma din bunu rədd edir. İnsan dində əməllə, mənəviyyatla, elmlə fərqlənməlidir, zahiri görünüşü ilə deyil”.

Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Ölkəmizdə vəkillərin sayı 2609 nəfərə çatdı
Cənnətdə yarmarka olacaq? - İlahiyyatçı AÇIQLADI
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55