Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Niyazi Həsənovun ölkədən çıxışına "stop" qoyuldu

Niyazi Həsənovun ölkədən çıxışına "stop" qoyuldu

Niyazi Həsənovun ölkədən çıxışına
2025-09-18 , 19:01

İqtisad elmləri doktoru, professor Niyazi Həsənovun rəhbərlik etdiyi şirkətə görə onun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Yenilik.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Həsənovun rəhbərlik etdiyi "AGRO SUPPLY SERVICES" MMC-nin ümumilikdə 6 82.24 manat vergi borcuna görə məhkəməyə müraciət olunub.
Məhkəmənin qərarı ilə 1958-ci ildə Salyan rayonunda anadan olmuş Niyazi Həsənovun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək məhdudlaşdırılıb.
Qeyd edək ki, hazırda Azərbaycan Dövlət İqtisad Universitetində müəllim işləyən Niyazi Həsənov, eyni zamanda "Bərəkət" İctimai Birliyinin sədridir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.