Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Lənkəran İcra Hakimiyyətinin 1.5 milyonluq tenderi ləğv edildi

Lənkəran İcra Hakimiyyətinin 1.5 milyonluq tenderi ləğv edildi

Lənkəran İcra Hakimiyyətinin 1.5 milyonluq tenderi ləğv edildi
2025-09-22 , 15:39

Lənkəran şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderin nəticəsi ləğv edilib.

Bu barədə açıq mənbələrə məlumat yayılıb.
Qeyd edilir ki, tenderin keçirilməsində məqsəd Lənkəranda abadlıq işləri və binalarda təmir işlərinin satın alınması olub. Bunun üçün İcra Hakimiyyətinin 1 milyon 543 min 29 manat vəsait ayrımağı nəzərədə tutduğu da qeyd edilir.
Tenderin ləğvinin səbəbi kimi, İcra Hakimiyyətinin bəzi qanunvericilik tələblərinin pozması göstərilir.
Xatırladaq ki, Lənkəranın icra başçısı Taleh Qaraşovdur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.