Milyonluq villanın sirri - Anar Rzayev niyə susur?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin sözün gerçək mənasında “yoldan pul çıxardığı” sirr deyil. Ölkə rəhbərliyi tərəfindən müasir infrastrukturun qurulması, nəqliyyatın hərəkətinin daha keyfiyyətli olması məqsədilə yaradılan AYNA-nın adı zaman-zaman maxinasiyalarda və fırıldaqlarda hallanır. Bunun başlıca səbəbi də Agentliyin sədri Anar Rzayevin fəaliyyəti, daha doğrusu desək, fəaliyyətsizliyidir.
Media dəfələrlə AYNA-nın fəaliyyətindəki problemləri gündəmə daşıyıb, həlli yolları ilə bağlı müxtəlif təkliflər səsləndirilib, lakin nə problemlər aradan qalxıb, nə də Anar Rzayev bütün bunlara heç bir reaksiya verməyib.
Anar Rzayevin bir milyonliq villa alması ilə bağlı əldə etdiyimiz məlumatı ötən həftə dərc etmişdik. Və peşə prinsiplərinə sadiq qalaraq, məlumatla bağlı AYNA-nın mətbuat xidmıtinə rəsmi sorğu da ünvanlamışdıq, lakin necə deyərlər, “daşdan səs çıxdı, amma AYNA-dan yox”.
Bu səssizlik nəyin əlamətidir?
Anar Rzayev susmaqla villa aldığını təsdiqləyirmi?
Açıq qalan suallar var. Hərçənd ki, Anar Rzayevin AYNA-da sədr postundan yararlanaraq, milyonlar qazanması ilə bağlı yayılan məlumatlar fonunda bu o qədər də təəccüblü olmamalıdır.
Yük daşımalarında monopoliya...
AYNA sədrinin “Van der Val Intl. Transport Bakı” şirkətinin olması barədə də mediada da məlumatlar yayılıb. Anar Rzayev 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına qədər “Van der Val Intl. Transport Bakı” şirkətinin baş direktoru vəzifəsini icra edib. Vəzifəyə təyin edildikdən sonra şirkətini qardaşı İlqar Rzayevə həvalə edib. Özünün də bununla bağlı etirafı var:
“Akademik fəaliyyətlə məşğul olduğuma görə, sözügedən şirkətdən ayrıldım. Doğrudur, hazırda sözügedən şirkətə qardaşım İlqar Rzayev rəhbərlik edir”.
Gerçəkdə isə Anar Rzayevin şirkətinə qardaşını rəhbər təyin edərək, vəzifəyə keçdiyi sirr deyil. Məsələ ondadır ki, yük daşımalar üçün AYNA tərəfindən lisenziyaların verilməsində digər şirkətlərlə müqayisədə “Van der Val Intl. Transport Bakı” şirkətinə xüsusi üstünlük verilir. Çünki şirkət hazırda qeyri-rəsmi də olsa, Anar Rzayevə məxsusdur. AYNA bunu təkzib etməyə çalışsa da, Anar Rzayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yükdaşıma sektorunda öz şirkətinin monopoliyasını qurub.
Parking fırıldağı...
Anar Rzayevin yaratdığı ən böyük problemlərdən biri də paytaxt küçələrindəki parklanma xidmətidir. Sürücülərin daima narazılıq etdiyi “Azparking” xidməti parklanmanı həyata keçirməkdən daha çox, soyğunçuluqla məşğul olması ilə tanınır.
“Azparking” tətbiqinin düzgün işləmədiyi, sanki cərimə xidməti olduğu haqda tez-tez şikayətlər gündəmə gəlir. Bununla yanaşı, paytaxtın dalanlarına, hətta, ara məhəllələrə qədər “parking”in yaradılması, insanların yaşayış ərazisinə qanunsuz müdaxilənin edilməsi kimi addımlar atılır. Məlumatlara görə, parkalanma işində əldə olunan qanunsuz gəlirlər birbaşa AYNA rəhbərliyinin “şəxsi qazancıdır”. Belə nümunələri yetərincə sıralamaq olar, nəticə isə eynidir. Anar Rzayev AYNA-dan şəxsi gəlir mənbəyi kimi istifadə edir. Bu baxımdan, AYNA sədrinin bir milyonluqluq villa alması o qədər də təəccüblü görünmür. Söhbət “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi, hazırda axtarışda olan və dələduzluqda ittiham olunan iş adamı İlqar Hacıyevin Bakı şəhəri, Badamdar ərazisində yerləşən dəbdəbəli villasından gedir.
İlqar Hacıyev məlum villanı 1,2 milyon manata satışa çıxarsa da, bir neçə ildir müştəri tapılmırdı. Nəhayət, Anar Rzayev dəbdəbəli villaya talib olub.
Əldə etdiyimiz məlumata görə, villanın qiyməti 1 milyon manata razılaşdırılıb. Anar Rzayev villanın ödənişini daşınmaz əmlak və nəğd formada ödəyəcək. Belə ki, 1 milyon AZN-nin 300 min manatı metronun “Gənclik” stansiyası ərazində yeni inşa olunmuş çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillə əvəzləşdirilib, 700 min manatı isə nəğd veriləcək. Artıq Anar Rzayevin adamları tərəfindən villaya baxışın keçirildiyi də deyilir.
Təbii ki, ictimaiyyətdə sual yaranır: AYNA sədri nə qədər əmək haqqı alır ki, bir milyonluq villaya sahib ola bilir?
Bu sualın cavabını oxucularımız da daxil olmaqla, hər kəs yaxşı bilir.
Anar Rzayev ümumiyyətlə əmək haqqı alırmı?
Axı yükdaşıma sektorunu monopoliyaya alan, parkinq xidməti də daxil olmaqla “yerüstü sərvətlərimizdən” şəxsi malı kimi gen-bol istifadə edən Anar Rzayevin əmək haqqına ehtiyacı yoxdur. Görünür, AYNA sədri daşıdığı vəzifəyə biznesini qorumaq, inkişaf etdirmək və daha çox qazanmaq yeri kimi baxır. Demokrat.az-ın Anar Rzayevin bir milyonliq villa alması ilə bağlı məlumatına rəsmi sorğu ünvanlanmasına baxmayaraq, AYNA-nın hələ də cavab verməməsi əslində bundan qaynaqlanır. Çünki Anar Rzayev AYNA-da həqiqətən də dövlətin ona həvalə etdiyi işlə məşğul olsaydı, medianın sorğusunu dərhal cavablandırar, yayılan məlumatları təkzib edərdi. 10 günə yaxındlr ki, cavabın verilməməsi Anar Rzayevin başının pul qazanmağa qarışdığı fikrini yaradır. Və AYNA da susmaqla yayılan məlumatı doğrulamış olur.
OXŞAR XƏBƏRLƏR

Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
Maral Qocamanın gizli oyunları – SENSASİON AÇIQLAMALAR
Gəncədə “Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirildi - FOTO
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — FAKTLAR
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55