Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » FHN xidməti maşın almağa doymur: daha iki Pikap satın alınıb

FHN xidməti maşın almağa doymur: daha iki Pikap satın alınıb

FHN xidməti maşın almağa doymur: daha iki Pikap satın alınıb
2025-09-24 , 14:29

Fövqəladə Hallar Nazirliyi (FHN) daha bir tenderə yekun vurub.

Tribunainfo.az xəbər verir ki, bu dəfəki tenderi keçirən nazirliyin balansındakı Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunallayihə” İnstitutudur.
Məlumatda bildirilir ki, nazirlik 2 ədəd PİKAP tipli minik avtomobili alıb. Bunun üçün “İDEAL MOTORS” MMC ilə müqavilə imzalayıb. İki pikap üçün nazirlik şirkətə 108 min 564 manat ödəyəcək.
Xatırladaq ki, FHN bir qədər əvvəl 10 yaxın xidməti avtomobil almışdı. Görünən odur ki, nazirlik avtomobil almağa doymur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.