Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Nə bilərdik ki, 8 gün sonra, sən də Allahın rəhmətinə qovuşacaqsan"

"Nə bilərdik ki, 8 gün sonra, sən də Allahın rəhmətinə qovuşacaqsan"

2025-09-30 , 15:00

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov dünən vəfat edib. O, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.

Fərda Xudaverdiyev sosial media hesabında aktyorun ölümü ilə bağlı paylaşım edib.

"Bir, tək olan Allah şahiddir və özün də bilirdin ki, səni nə qədər çox istiyirdim. Anamın vəfatı ilə əlaqədar mənə zəng edib təsəlli verəndə nə bilərdik ki, cəmi 8 gün sonra sən də Allahın rəhmətinə qovuşacaqsan. Əziz qardaşım, Allah sənə rəhmət eləsin, ailənə, doğmalarına, əzizlərinə səbir versin. Bu fani dünyaya Azərbaycanımızın "JABA"sı gəldi, yaratdı və getdi".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.