Eldar Quliyev: “Camaatdan pul alıb, medal verirlər, “moşennik”dirlər” – Berdiməhəmmədovun saxta ordenlə təltif edilməsi qalmaqalı böyüyür
İstintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov 2022-ci ildə Türkmənistanın o zamankı prezidenti Qurbanqulu Berdiməhəmmədovu saxta “Dədə Qorqud” ordeni ilə təltif etməsi barədə yayılan iddialardan sonra Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin onun barədə dediklərinə etiraz edib. E.İsmayılov Eldar Quliyevin onu əvvəlcədən tanıdığını, Türkmənistanda sözügedən tədbirdə birgə iştirak etdiklərini bildirib.
Eldar Quliyev Pravda.az-a açıqlamasında E.İsmayılovun dediklərini yenidən şər-böhtan adlandırıb.
“Kiminlə kimi müqayisə edirsiniz? Şəxsən mənim üçün ayıbdır. Elmlər doktoru, professoram. 25 ildir, millət vəkiliyəm. Azərbaycanda tanınmış simayam. Ağsaqqallar Şurasının sədriyəm. Eldar İsmayılov avaranın biridir. İndi mənə nə qədər adam zəng edir ki, onlara da medal verib, pul alıb. “Moşşennik”dir. Azərbaycanda bu adam nəçidir? 80-ə yaxın yaşı var. Yalandan deyir ki, Eldar Quliyev Türkmənistana mənimlə gedib. Həqiqətən, bizimlə getməyib, bizimlə də gəlməyib. Qayıdanda mənə dedi ki, keçmiş Krasnovodskdan (indiki Türkmənbaşı) gedəcək. Guya mən Berdiməhəmmədovla görüşdə 18 dəqiqə çıxış edəcəyimi demişəm. Mən çıxışımda Türkmənistanla əlaqələrdən, Turandan danışmışam. Bunlar onunla pul qazanırlar. Biz qazanmırıq ki. Tanınmış ağsaqqallarımızı təltif edirik, fəxri fərmanlar veririk. Mən onun səviyyəsinə düşmək istəmirəm. Bakıda böyümüş adamam, Eldar İsmayılovu heç vaxt tanımamışam. Özünə fond yaradıb. Heç kimə də lazım deyil. Camaatdan pul alıb, medallardan verib. Bir də yaddan çıxarmayın, mən bilirəm ki, qanun var. Medal və ordenləri kimlər verə bilər. Bizim Nizamnaməmizdə döş nişanları var. Bunlar isə ictimai təşkilatdırlar, “moşşennik”lik edib pul qazanırlar. Biz belə şeylərə getmirik”.
Qeyd: “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov deputat Eldar Quliyevin dedikləri ilə bağlı mövqeyi belə olub:
“Ağsaqqal öz müdrikliyi və ağlı ilə fərqlənməlidir. Yalan, paxıllıq və qeyri dürüstlüyü ilə seçilən insanlar var. Vətənini, Dövlətini, Millətini düşünmədən öz “kreslo”sunu düşünən insanlar da var. Belələri olub da cəmiyyət içərisində “biabırçılıq” nüfuzu yaratmaqdansa olmasaydılar kaş ki. Bu gün saytların birində Azərbaycan “Ağsaqqallar” şurasının sədri, Milli Məclisin deputatı, Kooperasiya Universitetinin rektoru, “Azərittifaq”ın sədri, 2022-ci ildə cənab Prezidentin göstərişi ilə Türkmənistana birlikdə səfər etdiyim Eldar Quliyevin müsahibəsini gördüm. Oxudum və mat-məəttəl qaldım. Adam deyir, məni tanımır, sadəcə orada səhnədə ani olaraq görüb məni. Halbuki, biz onunla səfərə çıxmamışdan qabaq Bakıda, Türkmənistana gedərkən bütün yol boyu və Türkmənistanda forum qurtaranadək birgə olmuşuq. Hələ mənə çıxışından qabaq “göstəriş” də verdi ki, Eldar müəllim, siz 4 dəqiqə danışarsınız, mənsə 18 dəqiqə danışacam. Sonda özü 18 dəqiqə yox, heç 4 dəqiqə güclə öz “mükəmməl” rus danışıq tərzi ilə danışa bildi. Mən başa düşürəm ki, insan 4 vəzifə daşımaq üçün ya çox ziyalı və ağıllı olmadır ya bu Eldar Quliyev kimi… Bu insan görəsən düşünmür ki, mənə qara yaxmır, dövləti nüfuzdan salmağa çalışır. Bu gün Azərbaycanda “Ağsaqqal” adı verilən bu adamın heç ağsaqqallıq statusundan, ağsaqqalın böyüklüyündən xəbəri belə yoxdur. Eyibdir Eldar Quliyev, dövlətin verdiyi statusa hörmətsizlik etmək olmaz. Ağsaqqal yalan danışmaz”.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Maral Qocamanın gizli oyunları – SENSASİON AÇIQLAMALAR
Yoqa, gilas, Qaçaq Nəbi... - Nə ilə yadda qalıblar?
Rus faşizmi - Putin Rusiyası bölgə üçün ciddi təhdidə çevrilib - Müharibə başladı
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
"SMS yazıb ki, dilini boğazından çıxararam" - Müəllim direktoru niyə hədələyib?
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55