Oqtay Şirəliyevin qızı Rusiyada vəzifədədir
Bir neçə gün öncə dünyasını dəyişən Oqtay Şirəliyevin övladları ilə bağlı avtobioqrafik məlumat yenilənib.
Yenilik.az axar.az-a istinadla xəbər verir ki, O.Şirəliyevin qızı Nərmin Şirəliyevanın fəaliyyəti xüsusilə diqqət çəkib.
Belə ki, N.Şirəliyeva 9 noyabr 1974-cü ildə Bakı şəhərində doğulub. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra 16 yaşında Moskvaya gedib. 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olub. Jurnalistikanın kulturologiya istiqamətini seçən Nərmin ingilis və fransız dillərində sərbəst danışır.
1995-ci ildə İTAR-TASS agentliyində müxbir qismində praktika keçən N.Şirəliyeva 1996-cı ildə MDBMİ-ni bitirib və "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlayıb.
"Kultura" ilə yanaşı, o, Moskvada nəşr olunan digər populyar qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirib.
Bundan sonra N.Şirəliyevanın yolu televiziya sahəsinə yönəlib. Belə ki, o, 1998-ci ildə Rusiyanın dövlət telekanalı olan “Kultura”da informasiya xidmətinin müxbiri vəzifəsində jurnalistlik peşəsinə davam edib.
2001-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasına daxil olub, 2004-cü ildə isə "Rusiya və Fransanın mədəni əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.
2003-ci ilin fevralından N.Şirəliyeva “Kultura” telekanalında "Mədəniyyət yenilikləri" proqramının"Xudsovet" adlı xüsusi rubrikasının aparıcısı təyin olunub. 2008-ci ildən "Mədəniyyət yenilikləri" verilişinin axşam buraxılışının da daimi aparıcısı olub.
Nərmin Şirəliyeva sonrakı illərdə "Kultura" telekanalında şef-redaktor, icmalçı, "Mədəniyyət yenilikləri" proqramının aparıcısı, Rusiya Dövlət Filarmoniyasında təşkil olunan konsertlərin aparıcısı vəzifələrində çalışıb. O, Moskvanın aparıcı KİV-lərində köşə yazarı kimi də çıxış edib.
Nərmin Şirəliyeva 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının üzvüdür. O, 2012-ci ildə Rusiya Prezidenti Vladimir Putinin seçkiqabağı kampaniyasında onun etibar edilmiş nümayəndələrindən biri olub. O, həm də "Əlaçılar" Ümumrusiya qadınlar ictimai təşkilatını yaradanlardan biridir.
Rusiyada ictimai-siyasi və mədəniyyət sahəsində aktiv fəaliyyətilə seçilən Nərmin Şirəliyeva 2012-ci ilin sentyabrından Moskva vilayəti İctimai Palatasının üzvü, mədəniyyət və xeyriyyəçilik üzrə beynəlxalq komissiya qrupunun rəhbəri olub. 2013-cü ilin fevralından isə Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu da tutub. 2018-ci ilin sentyabrında Moskva vilayətinin mədəniyyət naziri təyin edilib.
“İnsanoid” hazırda onun Rusiya XİN-in “Rossotrudniçestvo”da (Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyi) müşavir vəzifəsində çalışdığını bildirib.
Xatırladaq ki, bu qurumun Azərbaycanda fəaliyyətinə xitam verilib (“Rus evi” bağlanıb).
Nərmin Şirəliyeva 1997-ci ildə Rusiyanın tanınmış simalarından biri, məşhur televiziya və kino rejissoru Yevgeni Ginsburqla ailə həyatı qurub. Onların bu evlilikdən Aleksandr adlı bir oğulları dünyaya gəlib. Ginsburq 2012-ci il yanvarın 15-də insultdan vəfat edib.
Nərmin Şirəliyeva Rusiyada göstərdiyi xidmətlərə görə bir sıra mükafatlara layiq görülüb. O, mədəniyyət sahəsində tədbirləri ən yaxşı işıqlandıran və şərh edən peşəkar televiziya jurnalisti kimi Moskva şəhər meriyasının laureatı adına layiq görülüb, "Qızıl lira" mükafatı ilə təltif olunub.
O.Şirəliyevin böyük oğlu Murad Şirəliyev 2 mart 1978-ci il tarixində Bakıda anadan olub.
Orta təhsilini paytaxtdakı 20 saylı orta məktəbdə alan Murad Şirəliyev 1994-98-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində təhsil alıb, 2000-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində "İqtisadiyyat və idarəetmə" ixtisası üzrə magistr diplomu əldə edib.
Murad Şirəliyev 2005-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.
M.Şirəliyev 2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
Maliyyə sektorunda ilk iş yeri "Kapital Bank" ASC olur. 2000-2005-ci illərdə "Kapital Bank" ASC-də İdarə Heyətinin üzvü olub.
2005-15-ci illərdə “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini olub. 2015-ci ildə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsini daşıyıb.
Daha sonra Almaniya şirkəti olan "Solaris GmbH”də rəhbər vəzifədə çalışıb. Ardınca o, "Azərsığorta” şirkətində sədrin müşaviri olub və 2022-ci ildə buradan da istefa verib.
Oqtay Şirəliyevin kiçik oğlu Kazım Şirəliyev haqda açıq mənbələrdə məlumat həddən artıq azdır. Bildirilir ki, o, özəl sektorda çalışır, 2017-ci ildə K.Şirəliyevə “Bilgah Beach Hotel”də dəbdəbəli toy mərasimi keçirilib və biznesmen bir ailənin qızı ilə ailə həyatı qurduğu iddia edilir.

Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Yoqa, gilas, Qaçaq Nəbi... - Nə ilə yadda qalıblar?
Səhiyyə kralı vəfat etdi: Nazirlik silkələnir...
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55