Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputatın xəbəri yoxdur - Partiyadan çıxarılıb

Deputatın xəbəri yoxdur - Partiyadan çıxarılıb

Deputatın xəbəri yoxdur - Partiyadan çıxarılıb
2025-10-13 , 17:39

Milli Məclisin deputatı Elçin Mirzəbəyli üzvü olduğu Ədalət, Hüquq, Demokratiya Partiyasından (ƏHD Partiyası) xaric edilib.

“Qafqazinfo”nun məlumatına görə, Elçin Mirzəbəyli Modern.az-a açıqlamasında bildirib ki, o, partiyadan xaric edilməsi ilə bağlı müraciət etməyib, xəbəri də yalnız mətbuatdan oxuyub.
“Mən partiyadan öz xoşumla çıxmamışam. Bununla bağlı müraciət də etməmişəm. Partiyanın İdarə Heyəti qərar verib. Ayın 29-da partiya sədrinin müavinliyindən azad olunmuşdum, ondan da xəbərim yox idi. Bu gün də siz dediyiniz xəbəri mətbuatdan oxumuşam”, - o bildirib.
Qeyd edək ki, hazırda ƏHD Partiyasının sədri deputat Qüdrət Həsənquliyevdir. Elçin Mirzəbəylinin partiyadan çıxarılması barədə parlamentə rəsmi məlumat verildikdən sonra ƏHD-in deputatlarının sayı 1-ə enəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.